Koşta: Aİ Ermənistanla münasibətlərin dərinləşdirilməsinə hədəflənib

Avropa İttifaqı (Aİ) Ermənistanla münasibətlərin möhkəmləndirilməsinə ümid edir.

"Report" xəbər verir ki, bunu Aİ Şurasının prezidenti Antonio Koşta Aİ-Ermənistan sammitinin açılışında bəyan edib.

O xatırladıb ki, Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlıq üçün strateji gündəlik keçən ilin dekabrında qəbul edilib və o vaxtdan bəri münasibətləri möhkəmləndirilir.

Onun sözlərinə görə, Bakı ilə İrəvan arasında sülh Aİ və Ermənistanın ikitərəfli münasibətlərinin inkişafı üçün əlverişli mühit formalaşdırır.

"Avropa İttifaqı ilə Ermənistan arasında tərəfdaşlıq üçün strateji gündəlik keçən ilin dekabrında qəbul edilib və o vaxtdan bəri münasibətlərimizi möhkəmləndiririk. Biz müxtəlif sahələrdə - Avropa Sülh Fondu xətti ilə təhlükəsizlik və müdafiədən tutmuş hibrid təhdidlə mübarizə üzrə birgə səylərə qədər çox sıx əməkdaşlıq edirik", - Koşta bildirib.