“Mafiyoz mer” həbs edildi: Avropa insan haqları təşkilatlarının susqunluğu diqqət çəkir
14:10 23.10.2025
Cənubi Qafqaz
573
Ermənistanın Gümrü şəhərinin meri Vardan Kukasiyanın həbs edilməsi son günlərdə ölkə daxilində və regionda geniş rezonans doğurub. Gümrü şəhəri merinin həbs olunmasına baxmayaraq, Avropa təsisatları bu məsələdə susqunluq nümayiş etdirir və Ermənistana qarşı hər hansı reaksiyalarını bildirmirlər. Halbuki, belə analoji hadisələr Azərbaycanda baş verdikdə, Avropa qurumlarının ikili standartlarla yanaşaraq fərqli mövqe sərgiləməsi müşahidə olunur. Onun və idarəsində olan şəxslərin korrupsiya və rüşvət cinayətlərində ittiham olunması ilə bağlı ortaya çıxan faktlar və səs yazıları, hadisənin siyasi sifariş deyil, qanuni araşdırma nəticəsində baş verdiyini göstərir. Bu proses, həm Ermənistanda, həm də Azərbaycanda korrupsiya ilə mübarizənin cəmiyyətdə necə qəbul edildiyi məsələlərinə dair mühüm paralellər ortaya qoyur.
Türkiyənin Ərciyəs Universitetinin professoru, ermənişünas-alim Qafar Çaxmaqlı mövzu ilə bağlı Sherg.az-a açıqlama verib:
"Gümrü şəhərinin meri Vardan Kukasiyanın həbs edilməsi Ermənistanda geniş müzakirələrə səbəb olub. Onun və idarəsində olan digər şəxslərin rüşvət cinayətlərində ittiham olunması ortaya çıxıb və mövcud səs yazıları bu iddiaları təsdiqləyir. Buna görə də, bu hadisənin siyasi sifariş kimi qiymətləndirilməsi düzgün deyil. Vardan Kukasiyan uzun illər Gümrüyə rəhbərlik edib. O, Rusiyaya meylli komunist fikirli şəxs kimi tanınır və bir növ “mafiyoz mer” imici ilə yaddaşlarda qalıb. Bu səbəbdən Avropa insan haqları təşkilatlarının susqunluğu diqqət çəkir, çünki onların bildiyi kimi, Kukasiyanın həbsinin siyasi motivləri yoxdur. Faktları məhkəmə araşdıracaq və qanuni qərar veriləcək. Belə hadisələr cəmiyyətdə gərginlik yarada bilər, çünki Vardan Kukasiyanın tərəfdarları mövcuddur və onların şəhərdə qarşıdurma yaratmaq cəhdləri olub. Lakin Ermənistan hüquq-mühafizə orqanları bu kimi halların qarşısını almaq üçün tədbirlər görür".
Ekspert bildirib ki, Azərbaycanda belə analoji hadisələr baş verdiyi təqdirdə cəmiyyət bu məsələdə öz mövqeyini ortaya qoya bilər:
"Korrupsiya, rüşvət və digər mənfi hallara qarşı mübarizə insanları daha qərarlı mövqeyə gətirir. Məsələn, Azərbaycanda Ramiz Mehdiyevin həbsindən sonra olan hadisələrə etiraz səsləri ucaldanlar yoxdur və yaxud onun tərəfdarları çıxıb etiraz etmirlər. Çünki bilirlər ki, o, ölkənin rəhbərliyində olduğu illərdə müəyyən mənfi hərəkətlərə yol verib və onun müdafiəsi cəmiyyətdə qəbul edilə bilməz. Biz belə bir paralellər apara bilərik ki, Azərbaycanda hər hansı bir icra başçısının rüşvət və korrupsiya ilə bağlı hərəkətləri aşkar olunsa, onun müdafiəsi cəmiyyətdə mümkün deyil. Çünki rüşvət və korrupsiya Azərbaycanda qətiyyən qəbul edilmir. Vardan Kukasiyanın həbsi Ermənistanda müəyyən qrupun etirazına səbəb oldu. Lakin bu qrup çox böyük deyil və əsasən vaxtı ilə Vardan Kukasiyanın himayəsində olan bəzi şəxslərdən ibarətdir. Onların etirazlarını dünya ictimaiyyəti müsbət qarşılamır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya