Mirzoyan: Bakı ilə İrəvan arasında sülh yeni iqtisadi imkanlar açır
17:47 20.10.2025
Cənubi Qafqaz
295
Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması regionda nəqliyyat kommunikasiyalarının və iqtisadi əlaqələrin inkişafı üçün yeni imkanlar yaradır.
"Report"un Avropa bürosunun məlumatına görə, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan Lüksemburqda regional təhlükəsizlik və regionlararası əlaqələr üzrə nazirlərin görüşündən əvvəl jurnalistlərə bildirib.
"Bu gün mən Avropa İttifaqı, Qara dəniz regionu və Mərkəzi Asiyadakı həmkarlarımla regionlararası əməkdaşlıq vasitəsilə dayanıqlılığı, təhlükəsizliyi və əlaqəni necə gücləndirəcəyimizi müzakirə edirəm", - nazir qeyd edib.
Mirzoyanın sözlərinə görə, Ermənistanla Azərbaycan arasında sülhün bərqərar olması, kommunikasiyaların yaxın vaxtlarda açılması, nəqliyyat infrastrukturunun yaradılması regionun inkişafı üçün yeni perspektivlər vəd edir.
"Bizim region Avropa ilə Mərkəzi Asiyanı birləşdirən mühüm rol oynaya bilər. Mən bugünkü müzakirələri səbirsizliklə gözləyirəm", - o əlavə edib.
İclas Avropa Komissiyası, Avropa İttifaqına üzv dövlətlər, Azərbaycan, Ermənistan, Gürcüstan, Moldova, Türkiyə, Ukrayna və Mərkəzi Asiya ölkələrinin nümayəndələrinin iştirakı ilə geniş tərkibdə keçirilir. Əsas diqqət Qara dəniz regionunda təhlükəsizlik məsələlərinə və Avropa ilə Asiya arasında nəqliyyat və enerji əlaqələrinin inkişafına yönəlib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya