Mirzoyan: Bu, Ermənistana Xəzərə çıxış imkanı yaradacaq
12:58 21.10.2025
Cənubi Qafqaz
331
“Avropa İttifaqı, Türkiyə, Cənubi Qafqaz və Mərkəzi Asiya arasında davamlı və diversifikasiya olunmuş əlaqələrin inkişafı regionun iqtisadi potensialını açmaq və uzunmüddətli rifahı təmin etmək üçün açar rol oynayır”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan deyib.
“ABŞ Prezidentinin (Donald Tram) vasitəçiliyi ilə Vaşinqtonda Ermənistan və Azərbaycan liderlərinin tarixi görüşü bölgədə kommunikasiyaların açılması üçün real fürsət yaradıb. Birgə bəyanat və TRIPP proqramının tam həyata keçirilməsi Cənubi Qafqazı səmərəli və təhlükəsiz tranzit və logistika mərkəzinə çevirə bilər”, - nazir qeyd edib.
Ararat Mirzoyan Azərbaycan və Ermənistan arasında artıq sülhün bərqərar olduğunu xatırladıb:
“Bu baxımdan, Ermənistan və Türkiyə arasında infrastrukturun açılması da əsas komponentdir. Ermənistan və Türkiyə arasında Gümrü–Qars dəmir yolunun bərpası böyük sərmayə tələb etmir və qısa müddətdə istismara verilə bilər. Bu yol, Ermənistan və Azərbaycan dəmir yolu əlaqələri ilə birlikdə, Orta Dəhliz layihəsinin bir hissəsinə çevrilə bilər. Üstəlik, bu, Bəsrə körfəzi, Qara və Xəzər dənizləri arasında vahid dəmir yolu şəbəkəsi yaradacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya