Mirzoyan: Türkiyə ilə münasibətlərimiz pozitiv və ümidvericidir

Türkiyə ilə münasibətlərimiz kifayət qədər dinamik, pozitiv və ümidverici dialoq şəklindədir.

“Armenpress” xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan Parlamentin Xarici Əlaqələr Komissiyasının iclasında deyib.

“Ermənistan ilə Türkiyə arasındakı dialoq artıq kifayət qədər irəliləyib ki, iki ölkə arasında diplomatik münasibətlərin qurulması və sərhədlərin açılması mümkün olsun. Biz bunu türk tərəfdaşlarımıza da bildiririk”, - Mirzoyan qeyd edib.