Mirzoyandan Zəngəzur açıqlaması: Başlayırıq!
Yusif Nəzərli
06:41 03.10.2025
Cənubi Qafqaz
433
“İdeya bundan daha genişdir. Ermənistan və Azərbaycan bir-birləri arasında nəqliyyat kommunikasiyalarını blokdan çıxarmaq barədə razılığa gəliblər və burada söhbət bütün infrastrukturdan gedir. Məsələn, Ermənistan Azərbaycanın dəmir yolu sisteminə, Azərbaycan Ermənistanın dəmir yolu sisteminə, daha sonra isə avtomobil yollarına və digər infrastrukturlara çıxış əldə edir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan xarici işlər naziri Ararat Mirzoyan “TVP World” telekanalına müsahibəsində deyib.
Biz bir-birimizin infrastrukturundan normal qonşular kimi istifadə edə bilərik. Həmin infrastrukturun Azərbaycanın əsas ərazisi ilə Naxçıvan Muxtar Respublikası arasında ən qısa əlaqə olan hissəsi TRIPP, yəni “Beynəlxalq Sülh və Rifah üçün Tramp Yolu” (və ya Zəngəzur dəhlizi – red.) kimi işlədiləcək”, - nazir bildirib.
Mirzoyan qeyd edib ki, Ermənistan və ABŞ dəmir yolu keçidinin inşaatçısı və əsas operatoru olacaq konsorsium, şirkət yaratmağı planlaşdırır:
“Bu konsorsium bu və ya digər işləri yerinə yetirmək və ya bütün keçid üçün bu və ya digər xidməti göstərmək üçün üçüncü şirkətləri cəlb edə bilər. Bundan əlavə, konsorsium həmçinin boru kəmərləri, elektrik xətləri və sairi həyata keçirə, tikə və sonra istismar edə bilər.
Beləliklə, bütün razılaşmalar qarşılıqlı olacaq. Məsələn, biz də Naxçıvan Muxtar Respublikasının ərazisindən istifadə edərək Ermənistanın şimalı ilə cənubunu dəmir yolu ilə birləşdirməyə hazırlaşırıq. Hazırda belə bir dəmir yolu əlaqəsi yoxdur.
“Əsas prinsipləri razılaşdırmışıq. İndi ABŞ-dən gələn nümayəndə heyəti və ya qrupla birlikdə texniki həllər, keçidin texniki detalları və bayaq qeyd etdiyim şirkət haqqında razılığa gəlməliyik. Artıq amerikalı tərəfdaşlarımızla müzakirələrə başlamışıq. Düşünürəm ki, bu prosesi yaxın aylarda başa çatdıra bilərik, ondan sonra tikintiyə başlamaq lazımdır.
Dəmir yolu əlaqəsindən danışsaq, ekspertlər deyirlər ki, onun tikintisi, məsələn, ən azı iki il çəkə bilər. Amma Ermənistanla Azərbaycan arasında əlaqənin tezliklə qurulmasında, açılmasında və bərpasında çox maraqlıyıq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos "Liverpul"un səhmlərini satın aldı
01:25 15.08.2026
Futbol
Tramp tezliklə Hörmüz boğazını ABŞ ərazisi elan edəcəyini açıqlayıb
01:04 15.08.2026
Dünya
AKP: "Terrorsuz Türkiyə" prosesi regionu da əhatə edəcək
00:42 15.08.2026
Region
Kanada İranın beş rəsmisinə sanksiya tətbiq etdi
23:57 14.08.2026
Dünya
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual