Müxalifət manipulyasiya edir: Ermənistandakı əsgərlərin Azərbaycanı qətiyyən maraqlandırmır
10:48 21.05.2025
Cənubi Qafqaz
340
Elçin Xalidbəyli: Biz yalnız Fransa, Hindistan və s. ölkələrin Ermənistana yeni müharibə törədə biləcək səviyyədə müasir silahlar, hərbi texnika göndərməsinə, o cümlədən Avropa Birliyinin hərbi məqsədli yardımlarına etiraz edirik
“Ermənistan Silahlı Qüvvələrində hərbi xidmət müddətinin azaldılması Azərbaycanın tələbi ilə üst-üstə düşür”.
Bunu Ermənistan parlamentinin deputatı Tiqran Abramyan deyib.
Onun iddiasına görə, İrəvan rəsmi Bakının Ermənistan ordusu ilə bağlı tələbini yerinə yetirməyə çalışır.
“Məcburi hərbi xidmətin müddətinin azaldılması mövzusu yenidən hökumət tərəfindən gündəmə gətirilib. Əlbəttə, indiki mərhələdə bu mövzu təsadüfən aktivləşmir. Birincisi, bu, seçkiqabağı kampaniya ilə əlaqəlidir. İkincisi, Azərbaycanın irəli sürdüyü Ermənistanın demilitarizasiyası (silahsızlaşdırılması) tələbi ilə üst-üstə düşür.
Hakimiyyət orqanlarının özləri müxtəlif hallarda orduya qəbulla bağlı ciddi problemləri qeyd ediblər və bunun fonunda xidmət müddətinin azaldılması ideyası, motivi nə olursa olsun, Ermənistanın təhlükəsizlik sisteminə yeni zərbədir”, - deputat bildirib.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Ermənistan siyasətində həm hakimiyyət, həm də müxalifət manipulyasiyalarla məşğuldur:
"Paşinyan hakimiyyəti hərbi xidmət müddətini aşağı salmaqla gələn il keçiriləcək parlament seçkilərində səslərin sayının artırılmasına çalışır. Müxalifət bunu bilir və etiraf etmək məcburiyyətindədir. Lakin hiyləgərliklə elə qələmə verir ki, guya hərbi xidmət müddətinin azaldılması Azərbaycanın tələbidir. Müxalifət təmsilçisi Ermənistan cəmiyyətində Paşinyan hakimiyyətini Azərbaycanın tələb və təlimatlarını yerinə yetirən siyasi qüvvə kimi göstərmək istəyir. Digər tərəfdən Azərbaycanın Ermənistan ordusuyla bağlı tələbləri var. Rəsmi Bakı Ermənistan ordusunun silahsızlaşdırılmasını tələb edir. Lakin ordudakı əsgərlərin sayı və bu kimi məsələlər Azərbaycanı qətiyyən maraqlandırmır. Biz yalnız Fransa, Hindistan və s. ölkələrin Ermənistana yeni müharibə törədə biləcək səviyyədə müasir silahlar, hərbi texnika göndərməsinə, o cümlədən Avropa Birliyinin hərbi məqsədli yardımlarına etiraz edirik".
Politoloq əlavə edib ki, Azərbaycan 2 milyon yarım əhalisi olan ölkədəki əsgər sayını ciddi problem saymır:
"Ermənistan ordusunun döyüş qabiliyyəti və əhval-ruhiyyəsi İkinci Qarabağ müharibəsindən məlumdur. Onlar bir az çətin vəziyyətə düşəndə yalnız döyüş meydanını qoyub qaçırlar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya