Papoyan: Azərbaycanın Ermənistan yollarından istifadəsi buna bağlıdır

“Azərbaycanın özünün yol imkanları var, amma əminəm ki, hansısa mərhələdə bizim yollarımızdan da istifadə edəcək”.

Teleqraf xəbər verir ki, bunu Ermənistanın iqtisadiyyat naziri Gevorq Papoyan deyib.

“Düşünürəm ki, onlar tam həll gözləyirlər, bundan sonra bizim yollarımızdan istifadə edəcəklər. Burada heç bir narahatlıq görmürəm, bu, sadəcə yanaşma məsələsidir. Onlar hesab edirlər ki, hər şey tam həll olunduqdan sonra mümkündür, biz isə paralel şəkildə də ola biləcəyini deyirik”, - o bildirib.