Paşinyan: Azərbaycan və Ermənistanın taleyi bir-birinə bağlıdır
13:12 22.10.2025
Cənubi Qafqaz
283
“Nə üçün Ermənistan və Azərbaycan arasında sülh mümkün oldu? Bu, hələ açıq müzakirə olunmayan bir məsələdir, sadəcə mənim şəxsi təəssüratım və düşüncəmdir. Prezident Əliyevlə bu mövzuda heç vaxt ayrıca danışmamışıq”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan deyib.
“Mənim fikrimcə, görünməz bir amil var idi ki, sülhü mümkün etdi. Yəni Cənubi Qafqaza daha geniş mənzərədən baxmaq lazımdır, tarixin göstərdiyi kimi, münaqişələr, ziddiyyətlər və uzunmüddətli düşmənçiliyə baxmayaraq, bizim – Ermənistan və Azərbaycanın, eləcə də ümumilikdə Cənubi Qafqaz ölkələrinin taleləri müəyyən mənada bir-biri ilə bağlıdır. Münaqişə və düşmənçilik çox vaxt bizə ümumi maraqların mövcud olduğunu görməyə imkan vermir.
Bugünkü müsbət ab-hava nəyi göstərir? Bu o demək deyil ki, münaqişə tariximiz birdən-birə silinib və yoxdur. Xeyr, belə bir şey ola bilməz. Sadəcə bu o deməkdir ki, biz artıq bir qədər çox dərk etməyə başlamışıq: Cənubi Qafqaz ölkələri - Gürcüstan, Azərbaycan və Ermənistan ortaq maraqlara malikdirlər. Bu ortaq maraqlar strateji əhəmiyyət daşıyır”, - o bildirib.
Paşinyan ortaq maraqlar kontekstində gələcəkdə üç ölkəni birləşdirəcək nəqliyyat komuniksiyalarına diqqət çəkib:
“Regiondan keçən yüklər, boru kəmərləri ölkələrimizə gəlir gətirəcək. Beləliklə, ortaq tərəfdaşlıq bazasına malik olacağıq. Dövlət büdcələrimiz, ictimai gəlirlərimiz artdıqca, hamımız eyni gündəliyə sahib olacağıq: necə etməliyik ki, bu gəlirlər azalmasın, əksinə, artsın. Budur, mənim danışdığım ən sadə ümumi maraqlar bazası”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya