Paşinyan erməni kilsəsində dəyişiklik təklif etdi

Ermənistan Baş naziri Nikol Paşinyan kilsələrdə dini ayinlərdən əvvəl dövlət himninin səsləndirilməsini təklif edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında məlumat verib.

Həmçinin Paşinyan qeyd edib ki, Ermənistanda kilsələrin girişi və ya daxilində dövlət bayrağının yerləşdirilməsi məsələsi də müzakirə olunmalıdır.

“Bu, bir sıra ölkələrdə geniş yayılmış praktikadır”, - baş nazir əlavə edib.