Paşinyan ordudakı xəyanətlərdən danışdı: Bu qədər də olmaz!
14:14 08.10.2025
Cənubi Qafqaz
282
“Ölkədə hərbi xidmət keçən şəxslər arasında çoxlu sayda dövlətə xəyanət hallarının aşkarlanmasına baxmayaraq, bu mövzu barədə açıq danışmaq qəbuledilməzdir”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan Baş naziri Nikol Paşinyan oktyabrın 8-də İstintaq Komitəsinin iclasında bildirib.
“Sonra deyirik: necə ola bilər ki, bu hadisə baş verdi, bu, ümumiyyətlə, necə mümkündür? Bu işlər gizli prosedurla aparılır, məhkəmələr qapalı keçirilir. Amma o məlumatlara çıxışı olanlar düşünürlər ki, bu, necə baş verdi? Bu, nəyi göstərir — fərdi problemi, cəmiyyətin problemini, dövlət sistemindəki, yoxsa qanunvericilikdəki problemi? Bu hallar simvolik məna daşıyır”, - baş nazir deyib.
Paşinyan vurğulayıb ki, Ermənistan cəmiyyətində “vətənpərvərlik” və “qəhrəmanlıq” anlayışlarının bəzən reallıqdan uzaq şəkildə təqdim olunması ciddi təhlil tələb edir:
“Vətəndən, vətənpərvərlikdən çox danışırıq, hamını ilk təəssüratda qəhrəman hesab edirik. Sonra isə görürük ki, o qəhrəmanların arasından bir xəyanətkar, sonra ikincisi, üçüncüsü, dördüncüsü… Son illərdə onlarla belə hadisə var ki, insan sadəcə inanmaqda çətinlik çəkir”.
Baş nazirin sözlərinə görə, bu faktlar cəmiyyətin özünü və dövlət sistemini daha balanslı şəkildə dərk etməsi üçün bir fürsət olmalıdır: “Biz anlamalıyıq ki, nəyi düzgün etmirik. Öz köşəndən bir qədər mərkəzə gəlmək, reallığı daha taraz şəkildə tanımaq vacibdir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm