
"Paşinyan Rusiya ilə daha ehtiyatlı davranmağa üstünlük verəcək" - Politoloq
09:13 30.07.2025
Cənubi Qafqaz
294
Ermənistan Baş naziri Nikol Paşinyan məzuniyyətə çıxmamışdan əvvəl komanda üzvlərinə Rusiya ilə bağlı tapşırıq verib.
Bu barədə “İravunk” qəzeti məlumat yayıb.
“Əldə etdiyimiz məlumata görə, Paşinyan məzuniyyətə getməzdən əvvəl komanda yoldaşlarına rusları çox da sıxışdırmamağı, məsələni gündəmdə saxlamağı, amma mülayim davranmağı tapşırıb.
Bu göstəriş hakim “Vətəndaş Müqaviləsi” Partiyasının qərbyönlü qanadı tərəfindən çox ciddi qəbul edilib və onlar şəxsi söhbətlərində Baş nazirin onları bir kənara atıb, yenidən Rusiyanın qucağına sığınacağından qorxurlar”, - erməni nəşri bildirib.
Qeyd edək ki, Nikol Paşinyan iyulun 28-də uzunmüddətli məzuniyyətə çıxıb, o, avqustun 15-dək iş başında olmayacaq.
Politoloq Elçin Xalidbəyli Sherg.az-a bildirib ki, Ermənistanın hazırkı vəziyyəti olduqca qeyri-müəyyən və mürəkkəb xarakter daşıyır:

"Paşinyan hakimiyyəti ciddi tərəddüdlər içindədir. Çünki rəsmi İrəvan ABŞ və Avropa İttifaqından gözlədiyi dəstəyi tam şəkildə ala bilmir. Hazırda əldə olunan yalnız genişmiqyaslı vədlərdir. Digər tərəfdən, Ermənistanın Rusiyadan asılılığı Paşinyan hakimiyyətini Moskva ilə ehtiyatlı davranmağa məcbur edir. Qərbdən real dəstək əldə edə bilməyən Ermənistan həm iqtisadi, həm enerji, həm də hərbi sahələrdə tamamilə Rusiyaya bağlıdır. Erməni iqtisadçılarının hesablamalarına görə, Ermənistan iqtisadiyyatının 65-70%-i Rusiyaya bağlıdır. Həmçinin Rusiya bazarı və enerji şirkətləri Ermənistan üçün həlledici və əvəzolunmaz rol oynayır. Digər tərəfdən Kremlinpatronajlığı altında fəaliyyət göstərən Avrasiya İqtisadi İttifaqı da Ermənistanın iqtisadi dayanıqlığını qoruyur. Bu şərtlər daxilində Ermənistanın Rusiyaya qarşı daha artıq məsafə qət etməsi real görünmür. Üstəlik, nəzərə almaq lazımdır ki, 2026-cı ildə ölkədə növbəti parlament seçkiləri keçiriləcək. Bu dövrdə Rusiya Ermənistandakı 102-ci hərbi bazaya əlavə canlı qüvvə və texnika yerləşdirir. Bu proses Paşinyan hakimiyyəti üçün ciddi təhlükə yaradır. Hərçənd, həmin qüvvələrin hansı məqsədlə istifadə olunacağı hələlik bəlli deyil. Amma narahatlıq üçün əsaslar mövcuddur".
Analitik əlavə edib ki, digər bir təhlükə isə Rusiyanın Ermənistanın hərbi-siyasi sahəsinə dərin nüfuzu ilə bağlıdır:
"Ermənistan ordusunun yüksək rütbəli heyətinin əksəriyyəti Rusiya kəşfiyyatının agentura şəbəkəsinə bağlıdır. Rusiya eyni zamanda revanşist və radikal siyasi düşərgəyə də nəzarət edir. Erməni kilsəsi və oliqarxiya da Rusiya təsiri altındadır və bu strukturlar Paşinyan hakimiyyətinə qarşı fəaliyyətlərdə iştirak etməyə hazırdır. Belə bir vəziyyətdə Ermənistan iki qüvvə arasında qalmış durumdadır. Bir tərəfdə Rusiyanın təzyiq və təsir mexanizmləri, digər tərəfdə isə Qərblə inteqrasiya arzusu dayanır. Ancaq Qərb yalnız siyasi vədlərlə kifayətlənir. Hazırda təhsil və digər humanitar sahələrdə də Rusiyanın imkanları daha genişdir. Bütün bunları nəzərə alaraq, böyük ehtimalla Paşinyan hakimiyyəti qarşıdan gələn parlament seçkiləri ərəfəsində Rusiya ilə münasibətlərdə daha ehtiyatlı və çevik davranmağa üstünlük verəcək".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət