
Politoloq: ABŞ və Gürcüstan arasında müəyyən irəliləyişlər müşahidə olunacaq
12:00 16.10.2025
Cənubi Qafqaz
330
Düşünmürəm ki, Tramp Gürcüstanla münasibətlərin korlanmasının tərəfdarı olacaq
Əsas təşəbbüs Gürcüstanın öz üzərinə düşəcək
Gürcüstan Baş naziri İrakli Kobaxidze ABŞ-nin ölkəsi ilə münasibətləri normallaşdırması istiqamətində addım atmamasını “təəccüblü” adlandırıb.
O, Prezident Donald Tramp ilə hakim “Gürcü Arzusu” Partiyasının dəyərlərinin tam uyğun olduğunu söyləyib.
O qeyd edib ki, münasibətlərin bərpasının daha da uzanması Dərin dövlətin qələbəsinə gətirib çıxara bilər. Kobaxidzenin fikrincə, Dərin dövlət hazırda ABŞ Dövlət Departamenti üzərində böyük təsirə malikdir.
“Gəlin səbirli olaq və görək, sonda kim qalib gələcək. Əsas odur ki, bizim bəyanatımıza cavab olaraq yeni administrasiyanın konkret addımlarını görək. Biz keçmişi — inqilabın təşviqini, USAID-i, NED-i, bütün bu məsələləri unuda bilərik. Təmiz səhifə və konkret istiqamətlərlə ABŞ və Gürcüstan tərəflərinin maraqlarına uyğun istənilən məsələni müzakirə etməyə, bütün bunları yeni razılaşmada əks etdirməyə də hazırıq”, - Gürcüstan lideri vurğulayıb.
Politoloq Samir Hümbətov Sherg.az-a bildirib ki, Gürcüstan hökuməti, hazırkı Kobaxidze hakimiyyəti ABŞ ilə münasibətləri normallaşdırmağa çalışır:

"Onlar iki ölkə arasında müəyyən gərginliyin mövcud olduğunu yaxşı anlayırlar və bu vəziyyətin açıq şəkildə diqqət çəkməsi də təsadüfi deyil. Bununla belə, düşünmürəm ki, Donald Tramp Gürcüstanla münasibətlərin korlanmasının tərəfdarı olacaq. Böyük ehtimalla tərəflər münasibətləri yaxşılaşdırmaq istiqamətində addımlar atmağa çalışacaqlar. Lakin Trampın siyasi yanaşmasının biznesçi və ticarət yönümlü olması bu prosesi bir qədər fərqli istiqamətə yönəldə bilər. Yəni, əgər Gürcüstan ABŞ ilə əlaqələri bərpa etməyə və inkişaf etdirməyə çalışacaqsa, bu, iqtisadi, həmçinin hərbi sahədə konkret əməkdaşlıq addımları ilə müşayiət olunacaq; Məsələn, Amerika istehsalı olan avadanlıqların, təyyarələrin və ya silahların alınması kimi. Trampın münasibətləri normallaşdırmağa maraq göstərməsi üçün Gürcüstan ya ABŞ üçün strateji baxımdan mühüm bir tərəfdaş olmalı, ya da iqtisadi baxımdan qarşılıqlı fayda təmin etməlidir. Buna görə də əsas təşəbbüs Gürcüstanın öz üzərinə düşəcək".
Analitikin fikrincə, yaxın vaxtlarda ABŞ və Gürcüstan arasında bu məsələdə müəyyən irəliləyişlərin müşahidə olunması mümkündür:
"Lakin eyni zamanda, Gürcüstan hakimiyyətinin Rusiya meyilli siyasətə müəyyən qədər açıq olması da bu prosesə təsir edən amillərdən biri ola bilər. Bu, həmçinin ABŞ–Rusiya münasibətlərindəki ümumi fonun necə dəyişəcəyindən də asılı olacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya