
Politoloq: Gürcüstanda müxalifətin hakimiyyəti ələ almaq şansı dumanlı görünür
Yusif Nəzərli
04:14 08.10.2025
Cənubi Qafqaz
421
Xarici dəstək də qeyri-peşəkardır və demokratik normalara söykənmir
Gürcüstanda oktyabrın 4-də keçirilən bələdiyyə seçkiləri fonunda gərginlik davam edir. Seçkilərin nəticələrinə etirazlar səngimir. Baş nazir İrakli Kobaxidze ölkədə toplantıların keçirilməsinin məhdudlaşdırılacağını istisna etməyib. Onun sözlərinə görə, küçəni bağlayan 50-100 nəfər Gürcüstanda əmin-amanlıq və inkişaf istəyən 4 milyon insana qarşı zorakılıq edir: "Belə davam edə bilməz, biz buna artıq yol verməyəcəyik". Gürcüstan parlamentinin üzvü Tengiz Şarmanaşvili də deyib ki, Gürcüstan qanunvericiliyinə əsasən, aksiya zamanı küçənin bağlanmasına o halda icazə verilir ki, iştirakçıların sayı səkiyə sığmayacaq qədər çox olsun. O bildirib ki, qanun çoxdan qüvvədə olsa da, ona tam əməl olunmur: "Biz artıq buna dözməyəcəyik. Görürük ki, qanuna tabe olmaqla bağlı xəbərdarlıqlara məhəl qoyulmur. Biz əlbəttə, müvafiq hüquqi addımlar atacağıq". Bu arada Gürcüstanın hüquq-mühafizə orqanları Tbilisidə iğtişaşlar zamanı prezident sarayına girməyə cəhd edən 13 nəfəri saxlayıb. Gürcüstan daxili işlər nazirinin müavini Aleksandr Daraxvelidze deyib ki, cinayətin 15 iştirakçısı müəyyən edilib, onlardan 13-ü artıq saxlanılıb. Daraxvelidze həmçinin vurğulayıb ki, hüquq-mühafizə orqanları kimliyi müəyyən edilmiş daha iki şəxsi axtarır. Cinayətin digər iştirakçılarının da müəyyənləşdirilməsi istiqamətində tədbirlər davam etdirilir. Baş nazir İrakli Kobaxidze deyib ki, müxalifətin hücumu uğurlu olsaydı, keçmiş Prezident Salome Zurabişvili prezident sarayına daxil olmağa hazır idi.
Politoloq İlqar Vəlizadə deyib ki, Gürcüstanda hansısa önəmli siyasi hadisə yaşananda müxalifət bu cür reaksiya verir. Ekspert vurğulayıb ki, etiraz aksiyaları nəticədə müxtəlif təxribatlara da yol açır:

"Bəzi dairələr Gürcüstanda daxili-siyasi vəziyyəti dəyişmək, hakimiyyətə təzyiq etmək istəyirlər. Düzdür, seçkilərin nəticələri də suallar doğurur, hakim partiyanın açıqladığı səs şübhəli görünür. Ancaq müxalifət mübarizəsini başqa üsullarla da apara bilər. Nümayişkaranə şəkildə əhalini küçələrə səsləmək qəbuledilməzdir. Avropa institutlarının Gürcüstandakı daxili seçkilərə kobud müdaxiləsi, yersiz bəyanatları da yolverilməzdir. Beynəlxalq qurumlar qlobal hüququn ən vacib prinsiplərindən biri olan "ölkələrin daxili işinə qarışmamaq" məsələsini pozur. Avropa ölkələrinin özlərində son günlərdə seçkilər keçirilir, nəticələr açıqlanır, amma Tbilisi həmin seçkiləri şərh etmir, heç kimə tövsiyə vermir".
Analitik müxalifətin hələ zəif olduğunu deyib:
"Müxalifətin siyasi diskussiya aparmaq qabiliyyətinin yoxluğu, mütəşəkkil halda olmaması bu düşərgəni zəiflədir. Gürcüstan müxalifəti xarici qüvvələrə arxalanmamalıdır. Bu gedişlə müxalifətin hakimiyyəti ələ almaq şansı dumanlı görünür. Xarici dəstək də qeyri-peşəkardır və demokratik normalara söykənmir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm