
Politoloq: Kreml Zəngəzur dəhlizindən yararlanmaqda maraqlıdır
Yusif Nəzərli
05:45 15.10.2025
Cənubi Qafqaz
394
Rusiya tərəfi Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlətə çevrilməsini istəməsə də, qəbul etməyə məcburdur
“Düşənbə görüşündən sonra Azərbaycan-Rusiya münasibətlərində gərginliyin aradan qalxmasına ümid var”
Rusiya və Azərbaycan arasında ikitərəfli münasibətlərdəki çətinliklərə baxmayaraq, iki ölkə arasında təmaslar tamamilə dayandırılmayıb. Bunu Rusiya Prezidentinin mətbuat katibi Dmitri Peskov deyib. Peskov bildirib ki, Moskva və Bakı arasında münasibətlərdə müəyyən gərginliklər mövcud olsa da, dialoq davam edir və rabitə kanalları açıq qalır. Xatırladaq ki, Düşənbədə Azərbaycan Prezidenti İlham Əliyevlə Rusiya rəhbəri V.Putin arasında görüş keçirilib. Görüşdən sonra mətbuata açıqlama verən Putin Azərbaycanla münasibətlərdəki gərgin dövrün geridə qaldığını, tərəflərin qarşılıqlı etimada əsaslanan əməkdaşlığı davam etdirəcəklərini bildirmişdi. Putin Rusiya ilə Azərbaycan arasındakı münasibətlərdəki vəziyyəti "emosiyalar böhranı" adlandırmışdı: "Bunun səbəbi başadüşüləndir. Biz çox çətin bir hadisə ilə, təyyarə qəzası və onun sərnişinlərinin itkisi ilə üzləşdik. Buna görə də vəziyyəti düzəltmək üçün bizə vaxt lazım idi və çox mürəkkəb texniki ekspertizalar aparmalı idik".
Politoloq Qulamhüseyn Əlibəyli Sherg.az-a deyib ki, Düşənbə şəhərində MDB sammitində Azərbaycan Prezidenti İlham Əliyev ilə Rusiya Prezidenti Vladimir Putinin görüşü sosial şəbəkələrdə müxtəlif cür qiymətləndirilsə də, Rusiya-Azərbaycan münasibətlərindəki gərginliyin aradan qaldırılmasında əhəmiyyətli rol oynaya bilər. Onun sözlərinə görə, zahirən gərginlik AZAL təyyarəsinin Rusiya səmalarında vurulması ilə başlansa da, məsələnin kökü bir qədər dərindir:

"Azərbaycanın Cənubi Qafqazda söz sahibi olan bir dövlətə çevrilməsi, rus qoşunlarının ölkəmizdən çıxarılması, Zəngəzur dəhlizinin Rusiyanın nəzarəti altına verilməməsi və nəhayət, türk dünyasının vahid güc mərkəzi kimi formalaşmasında Azərbaycanın oynadığı rol bu gərginliyin pərdəarxası səbəbləridir. Digər tərəfdən Rusiyada Azərbaycanla münasibətlərin daha da gərginləşməsində, Azərbaycanın Rusiyaya "düşmən dövlət" kimi qələmə verilməsində maraqlı olan dairələr var. Bunun əksinə, Rusiya-Azərbaycan münasibətlərinin yaxşılaşdırılmasında maraqlı olan qüvvələr də mövcuddur. Bu görüş məhz həmin qüvvələrin mövqeyinin üstünlük qazanmasının nəticəsidir. Yəni Rusiya tərəfi Azərbaycanın Cənubi Qafqazda aparıcı dövlətə çevrilməsini istəməsə də, qəbul etməyə məcburdur. Və Cənubi Qafqazda hər hansı bir formada qalmaq, Zəngəzur dəhlizindən iqtisadi cəhətdən yararlanmaq üçün Azərbaycanla qaba güc dilində danışmaq əvəzinə münasibətlərin normallaşmasına üstünlük verdiyini nümayiş etdirir".
Q.Əlibəyli vurğulayıb ki, Rusiyanın dövlət kimi maraqları tələb edir ki, Azərbaycanla münasibətlər normal olsun:
"Bu halda Rusiyanın gələcəkdə Zəngəzur dəhlizindən istifadə imkanlarını əldə etməsi mümkündür. Rusiya həm də bunu istəyir. Eyni zamanda qeyd olunmalıdır ki, Rusiya Azərbaycanın ən böyük qonşusudur və dövlətlərarası münasibətlərin hər hansı formada gərginləşməsi Azərbaycanın geosiyasi maraqlarına uyğun deyil. Rusiyada yaşayan həmvətənlərimizin həyatı və təhlükəsizliyinə təhdid yaradır. Ümid etmək istəyirəm ki, bu görüşdən sonra Rusiyadakı həmvətənlərimizə olan təhdidlər tədricən aradan qaldırılacaq".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya