
Politoloq: Rusiyanın dəhlizdə yönləndirici və ya aparıcı rol almaq istəyi, absurddur
09:09 24.10.2025
Cənubi Qafqaz
366
“Rusiya və Ermənistan arasında yüksək səviyyəli dialoqda “Tramp yolu” (və ya Zəngəzur dəhlizi - red.) məsələsi müzakirə olunur”.
Bu barədə Rusiyanın Ermənistandakı səfiri Sergey Kopırkin bildirib.
“Əlbəttə, bu məsələ yüksək səviyyəli dialoq çərçivəsində qaldırılır. Elə bir mövzudur ki, bu, qaldırılmaya bilməz. Ermənistan rəhbərliyinin (Baş nazir Nikol Paşinyan və xarici işlər naziri Ararat Mirzoyanın - red.) bu məsələnin yalnız ABŞ ilə müzakirə olunduğu barədə bəyanatlarını xatırlatmaq istərdim. Amma bu mövzu vacibdir və əlbəttə, bizim yüksək səviyyəli dialoqumuzda da öz əksini tapmaya bilməz”, - rusiyalı diplomat vurğulayıb.
Kopırkin həmçinin qeyd edib ki, Moskvanın müxtəlif siyasi səviyyələrdə səslənən fundamental mövqeyi regionda real sülhə, vəziyyətin sabitləşməsi və çiçəklənməyə aparan istənilən addımı dəstəkləməkdir.
“Tramp yolu” adlanan marşruta gəlincə, əməliyyat detalları və mexanizmləri haqqında daha konkret məlumat gözləyirik. Əvvəlcə bunun konkret olaraq nə olduğunu anlamalıyıq”, - səfir əlavə edib.
Politoloq Kazım Kazımov Sherg.az-a bildirib ki, Rusiyanın “dialoq” deyəndə nəyi nəzərdə tutduğu aydın ifadə olunmayıb və fikirlər səthi səslənir:

"Çünki Rusiya bu koridordan və ya dəhlizdən istifadə etmək istəyirsə, ilk növbədə həm Azərbaycan, həm də Ermənistanla razılıq əldə etməlidir. Bu məsələ birbaşa olaraq iki ölkə arasında həll olunmalı bir mövzudur. Eyni zamanda, ABŞ da bu prosesdə vasitəçi tərəf kimi çıxış edir. Lakin Rusiyanın bu dəhlizdə yönləndirici və ya aparıcı rol almaq istəyi, absurddur. Çünki bu proses həmin ölkənin ərazisində baş vermir, danışıqlar əvvəlcədən Moskva ilə aparılmayıb və vasitəçi tərəf də deyil. Rusiya burada sadəcə tranzitdən istifadə etmək istəyən qonşu ölkə kimi iştirak edə bilər. Bu, tamamilə mümkündür. Necə ki, Orta Asiya, Uzaq Şərq və Avropa ölkələri bu dəhlizdən istifadə imkanına malikdirlər, Rusiya da eyni qaydada bundan yararlana bilər. Amma bundan artığını istəməsi məqsədəuyğun deyil. Çünki Rusiyanın buna nə hüquqi, nə də siyasi əsasları var. Bu məsələ artıq həllini tapıb. Cənab Prezident İlham Əliyevin səyləri nəticəsində Vaşinqtonda, Ağ Evdə ən yüksək səviyyədə sənədlər imzalanıb və proses Azərbaycanın istədiyi istiqamətdə Ermənistanla birlikdə irəliləyir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya
Mendel: Zelenskinin siyasəti Ukraynanı xarabalığa çevirir
17:24 14.08.2026
Dünya
Şoyqu: Köhnə dərsliklər Rusiyanı tənqid etmək üçün “vəsait” idi
17:21 14.08.2026
Dünya
Zəngəzur dəhlizi Turanın qapısını açacaq - Medihanur Arğalı
17:10 14.08.2026
Gündəm
Xocavənddə açıq ərazidə yanğın başlayıb
15:58 14.08.2026
Hadisə
"Qarabağ" və "Tvente" oyununu albaniyalı hakim idarə edəcək
15:50 14.08.2026
Futbol
Şənbə günü Abşeron çimərliklərində hava necə olacaq?
15:44 14.08.2026
Ekologiya
Lavrov: Ukraynanı daha sərt vuracağıq, məhv edəcəyik
15:37 14.08.2026
Dünya