Politoloq: "Xarici dəstəklə yaradılan "layihə lider" uzunömürlü olmur"
09:28 06.10.2025
Cənubi Qafqaz
389
"Çünki onların dayağı xalqın etimadı deyil, xarici sponsorun maraqlarıdır"
"Maraqlar dəyişəndə və ya xalqın səbr kasası dolanda, bu layihələr iflasa uğrayır"
"2012-ci ildə hakimiyyətə gələn “Gürcü Arzusu” xalqın böyük ümidlərini öz arxasınca sürüklədi. Bidzina İvanişvili isə bu ümidlərin simvoluna çevrildi. Amma zaman keçdikcə aydın oldu ki, İvanişvili təkcə daxili siyasi fiqur deyil, həm də Putinin bölgə üçün qurduğu layihələrdən biri idi".
Bunu "Sherg.az"a açıqlamasında Vəhdət Partiyasının sədr müavini Vasif Əfəndiyev deyib.
Ekspert bildirib ki, B.İvanişvilinin siyasi səhnəyə çıxışı Moskvanın təsir dairəsini qorumaq üçün planlaşdırılmış addım idi:
"Çünki Saakaşvilinin qərbyönlü kursu Kreml üçün ciddi təhlükə yaradırdı. Ona görə də Rusiya Gürcüstanda daha yumşaq, amma asılı siyasət yürüdəcək lider axtarırdı. Bu rolu yerinə yetirmək üçün seçilmiş adam isə milyarder İvanişvili oldu.
Onun hakimiyyətə gəlişi ilə Gürcüstanın Avropa və NATO ilə inteqrasiyası faktiki donduruldu, əvəzində Rusiya ilə “sakit əməkdaşlıq” xətti gücləndi. Tarix göstərir ki, xarici güclərin dəstəyi ilə yaradılan “layihə liderlər” uzunömürlü olmur. Çünki onların dayağı xalqın etimadı deyil, xarici sponsorun maraqlarıdır. Maraqlar dəyişəndə və ya xalqın səbr kasası dolanda, bu layihələr iflasa uğrayır.
Postsovet məkanında Moskvanın dəstəklədiyi çoxsaylı liderlər olublar. Yanukoviç, Lukaşenko, Nazarbayev bir-bir ya zəifləyib, ya da xalq üsyanlarının hədəfinə çevrilib. İvanişvilinin də siyasi ömrü eyni taleyi paylaşmağa məhkumdur, çünki onun əsas dayağı gürcü xalqının sevgisi deyil, Kremlin siyasi texnologiyasıdır. İvanişvilinin yaratdığı illüziya indi dağılıb".
Analitik qeyd edib ki, gürcü xalqı artıq görür ki, “Gürcü Arzusu” əslində xalqın arzusu yox, Moskvanın planıdır:
"Amma çıxış yolu var. Xalq öz iradəsini ortaya qoymalıdır. Belə layihələrin aradan qaldırılması yalnız küçədən, vətəndaş fəallığından və şüurlu seçkidən doğa bilər. Yeni nəsil liderlər səhnəyə çıxmalıdır – xalqın etimadına söykənən, xarici güclərin kuklası olmayan yeni siyasi qüvvələr yetişməlidir. Avropa yönümlü kurs bərpa edilməlidir. Gürcüstanın real gələcəyi yalnız Qərb dəyərləri ilə mümkündür. Ümumiləşdirərək onu demək olar ki, İvanişvili bir siyasi layihə idi və Putinin bölgədəki maraqlarını qorumaq üçün düşünülmüş, amma dayanıqsız plan əsasında qurululmuşdu. Layihələr isə xalq iradəsinə söykənmədiyi üçün heç vaxt uzunömürlü olmur. Gürcü xalqı bu gün aldanmış ola bilər, amma sabah öz gerçəklərini geri almaq gücündədir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
KİV: ABŞ Kubaya qarşı hərbi ssenaridən imtina edib
23:38 14.08.2026
Dünya
Azərbaycan bizim üçün böyük tərəfdaşdır - İran
22:55 14.08.2026
Region
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm