Rusiya Prezidenti Vladimir Putin Müctəba Xameneiyə İranın ali lideri vəzifəsinə seçilməsi münasibətilə təbrik teleqramı göndərib.
"Report" xəbər verir ki, bu barədə Kreml məlumat yayıb.
"Əminəm ki, Siz atanızın (Əli Xamenei - red.) işini şərəflə davam etdirəcək və ağır sınaqlar qarşısında İran xalqını birləşdirəcəksiniz", - Putin qeyd edib.
O həmçinin vurğulayıb ki, Rusiya İranın etibarlı tərəfdaşı olaraq qalır.
Xatırladaq ki, bu gün Müctəba Xameneinin İranın yeni ali lideri təyin olunduğu elan edilib. O, bu vəzifədə fevralın 28-də İsrail və ABŞ-nin birgə əməliyyatı nəticəsində öz iqamətgahında öldürülən atası Əli Xameneini əvəzləyib.