
Rusiya Ermənistana "yerini göstərirdi": Lavrovun abidə ziyarətindən imtinası siyasi motivlər daşıyır
08:45 22.05.2025
Cənubi Qafqaz
355
Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfər proqramında qondarma “erməni soyqırımı” abidəsinin ziyarəti nəzərdə tutulsa da, daha sonra proqramdan çıxarılıb.
Bu barədə erməni mediası yazıb.
Bildirilib ki, Lavrov yalnız əklil göndərməklə kifayətlənib.
Rəsmi açıqlamaya görə, qondarma “soyqırım” abidəsinin ziyarət edilməsinin proqramdan çıxarılmasının səbəbi vaxt azlığıdır.
Qeyd edək ki, Lavrov 20-21 may tarixlərində İrəvanda səfərdə olub.
Xatırladaq ki, Mariya Zaxarova mayın 20-də keçirdiyi brifinqdə Sergey Lavrov İrəvana işgüzar səfəri ilə bağlı açıqlama verib:
“Moskva ümid edir ki, Lavrovun səfəri Rusiya və Ermənistan arasında siyasi və qurumlararası dialoqun möhkəmlənməsinə töhfə verəcək, qarşılıqlı anlaşmanın artmasına və hər bir tərəfi maraqlandıran məsələlərin qarşılıqlı məqbul həll yollarının tapılmasına gətirib çıxaracaq”, - o qeyd edib.
Politoloq Tural İsmayılov Sherg.az-a bildirib ki, Rusiya xarici işlər naziri Sergey Lavrovun Ermənistana səfər proqramından qondarma “erməni soyqırımı” abidəsinin ziyarətinin çıxarılması, rəsmi olaraq vaxt azlığı ilə əsaslandırılsa da, bu, diplomatik addım daha dərin siyasi motivlər daşıyır:

"Lavrovun abidə ziyarətindən imtina etməsinin bir neçə əsas səbəbi ola bilər. Birincisi, bu, Türkiyə ilə Rusiya münasibətlərinin hazırkı həssaslığını əks etdirir. Ukraynadakı müharibə şəraitində Türkiyə Rusiya üçün önəmli ölkədir və Moskva Ankarayla əlaqələri gərginləşdirmək istəməz. "Soyqırım" məsələsi Türkiyə üçün həssas bir nöqtə olduğundan Lavrovun bu jesti praqmatik xarici siyasətin və Türkiyə ilə münasibətləri qorumaq niyyətinin göstəricisi kimi şərh edilə bilər. İkincisi, bu addım Ermənistan-Rusiya münasibətlərindəki gərginliklərlə də sıx bağlıdır. Son dövrlərdə Ermənistanın Qərbə doğru meyllənməsi, Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatından (KTMT) narazılıqlar və ABŞ ilə əməkdaşlığın genişlənməsi Moskvada ciddi narahatlıq yaradır. Abidə ziyarətinin ləğvi Rusiyanın Ermənistana olan dəstəyinin elastik olduğunu və İrəvanın öz xarici siyasətini daha balanslı şəkildə aparması lazım olduğunu işarə edən siyasi bir mesaj kimi qiymətləndirilə bilər. Bu, bir növ, Rusiyanın Ermənistana "yerini göstərmək" cəhdidir. Üçüncüsü, Rusiya Cənubi Qafqazda Azərbaycanla müvazinəti saxlamağa çalışır. Azərbaycanın da bu mövzuda həssas olduğu nəzərə alınarsa, Moskva tərəfsizliyini qorumaq və hər iki tərəflə əlaqələri müəyyən səviyyədə saxlamaq istəyə bilər. Bu, Rusiyanın regional təsirini balanslaşdırmaq cəhdinin bir parçasıdır".
Politoloq əlavə edib ki, Lavrovun Ermənistana səfərinin əsas məqsədləri İrəvanın tənqidi fonunda daha aydın görünür:
"Səfərin əsas məqsədi Ermənistanın Rusiyanın təsir dairəsində qalmasını təmin etməkdir. Nikol Paşinyan hökumətinin Qərbə "meyilli" xarici siyasəti və qeyri-səmimiliyi Moskvada getdikcə artan narahatlıq doğurur. Lavrovun səfəri Ermənistanın KTMT-dən potensial çıxışının qarşısını almaq və ya ən azı bu prosesi ləngitmək niyyəti daşıya bilər. Rusiya üçün Ermənistan Cənubi Qafqazda strateji əhəmiyyətli bir forpostdur və bu mövqeyini itirmək istəməz. Həmçinin, Lavrov Ermənistanın iqtisadi asılılığını və Rusiyaya qarşı tətbiq olunan sanksiyaların təsirini müzakirə edərək İrəvanı Rusiya ilə iqtisadi əməkdaşlığı davam etdirməyə təşviq etmək niyyətindədir. Ümumilikdə, Lavrovun səfəri Ermənistanın "suveren" xarici siyasət kursunu tənqid etmək, Moskvaya loyallığını tələb etmək və regionda Rusiyanın təsirini yenidən təsdiq etmək kimi geniş məqsədlərə xidmət edir. Abidə ziyarətinin ləğvi isə bu siyasətin tərkib hissəsi olaraq Ermənistana açıq bir siqnaldır: Rusiya öz strateji maraqlarını təmin etmək üçün hətta Ermənistan üçün "həssas" hesab edilən mövzularda belə güzəştə getməyə hazırdır".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Merz Trampa zəng etdi: Hörmüz açılmalıdır!
18:00 15.05.2026
Dünya
Putin Pekinə məcbur qalıb getdi - POLİTOLOQ
17:44 15.05.2026
Dünya
Tramp: İranın göndərdiyi sənədin ilk cümləsini oxuyub, kənara atdım
17:29 15.05.2026
Dünya
Rusiya Ermənistandan son qərarı verməsini tələb etdi
17:05 15.05.2026
Gündəm
Yol Polisi əlverişsiz hava ilə bağlı sürüclərə xəbərdarlıq edib
16:08 15.05.2026
Cəmiyyət
Rixard Raşi Xankəndidə quruculuq işləri ilə tanış olub
14:43 15.05.2026
Gündəm
Açıq Bankçılıq sahibkarlığın inkişafında yeni mərhələdir
14:41 15.05.2026
İqtisadiyyat
Türküstanda TDT Xarici İşlər Nazirləri Şurasının iclası keçirilir
14:41 15.05.2026
Gündəm
Paytaxt sakinlərinin diqqətinə - TƏBİB məlumat yaydı
13:56 15.05.2026
Sağlamlıq
İcra başçısı müavinini işdən çıxardı - FOTO
13:53 15.05.2026
Gündəm
Merz: Trampla mübahisə etmək mənasızdır
13:40 15.05.2026
Dünya
Növbəti köç karvanı Cəbrayılın Şükürbəyli kəndinə çatıb
13:27 15.05.2026
Cəmiyyət
Temperatur düşür: Bakıya yağış yağacaq
12:47 15.05.2026
Ekologiya