Rusiya “Tramp yolu”nda iştirak etməyəcək - Rubinyan

“Rusiyanın TRIPP (və ya “Tramp yolu”) layihəsində iştirakı müzakirə olunmur”.

Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamenti sədrinin müavini Ruben Rubinyan bildirib.

“Onların bizimlə müzakirə aparmağa hazır olmalarından məmnunuq. İstəyirsiniz, bunu 160 dəfə deyim, belə müzakirələr yoxdur, mən hipotetik suallara cavab vermirəm”, - o qeyd edib.

Rusiya Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə Dördüncü Departamentinin direktoru Mixail Kaluqin bundan əvvəl söyləmişdi ki, Moskva “Tramp yolu” layihəsinin detalları və burada Moskvanın mümkün iştirakı ilə bağlı İrəvanla məsləhətləşmələr aparmağa hazırdır.

Kaluqinin iddiasına görə, Ermənistanın Avrasiya İqtisadi Birliyinə üzvlüyü nəzərə alındıqda, Rusiyanın iştirakı olmadan bu layihənin həyata keçirilməsi çətin olacaq.