Ləğv edilmiş separatçı rejimin sonuncu rəhbəri Samvel Şahramanyan separatçıların liderlərinin 2023-cü ilin sentyabrında keçirilmiş antiterror tədbirlərindən sonra Azərbaycan tərəfindən saxlanılması barədə danışıb.
Teleqraf xəbər verir ki, o, bu barədə jurnalistlərə bildirib.
“Azərbaycan hər kəsin harada olduğunu bilirdi. Üstəgəl, onların saxlanılması üçün Bakının orderi və saxlamağı planlaşdırdığı şəxslərin siyahısı vardı”, - o qeyd edib.
Şahramanyan Samvel Babayan və Kamo Vardanyanın da Bakının siyahısında yer aldığını, amma Ermənistana qaça bildiklərini vurğulayıb.
Xatırladaq ki, Samvel Şahramanyan bu gün 44 günlük müharibə ilə əlaqədar açılmış cinayət işi çərçivəsində Ermənistan İstintaq Komitəsi tərəfindən növbəti dəfə dindirilib.