Səfirlik: Ermənistanın narahatlığı Rusiya XİN-ə çatdırılacaq

"Rusiyanın Ermənistandakı səfirliyi səfir Sergey Kopırkin Ermənistan Xarici İşlər Nazirliyinə çağırılıb. Ona etiraz notası təqdim edilib. Solovyovun açıqlamaları ilə bağlı Ermənistan tərəfinin narahatlığı Rusiya Xarici İşlər Nazirliyinə çatdırılacaq".

Teleqraf xəbər verir ki, bu barədə Rusiyanın Ermənistandakı səfirliyi məlumat yayıb.

Qeyd edək ki, bu gün səhər saatlarında Solovyovun açıqlamaları ilə bağlı Rusiyanın Ermənistan Respublikasındakı fövqəladə və səlahiyyətli səfirinə etiraz notası təqdim edilib.

Vladimir Solovyov verilişində bildirib ki, Ermənistanın itirilməsi Rusiyanın maraqlarına ziddir. Onun sözlərinə görə, “xüsusi hərbi əməliyyat” təkcə Ukraynada yox, Rusiyanın təsir dairəsində olan digər ərazilərdə də həyata keçirilməlidir, xüsusən də Ermənistanda.