Ermənistan İstintaq Komitəsi ləğv edilmiş separatçı rejimin İrəvandakı ofisində axtarış aparır.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan KİV məlumat yayıb.
Məlumata görə, ofisə ondan çox müstəntiq gəlib, axtarış və sənədlərin götürülməsinə icazə verən məhkəmə qərarını təqdim edib. Qeyd olunub ki, onların hansı sənədləri axtardıqları və nəyi götürəcəkləri məlum deyil.
İstintaq Komitəsindən “Sputnik Ermənistan”a bildirilib ki, cinayət işi çərçivəsində zəruri istintaq aparılır. Amma qurum hansı işdən söhbət getdiyini açıqlamayıb.