“Dünən Serj Sərkisyanın “Respublika” Partiyasının iclası keçirilib. İclasda partiyanın seçkilərdə birbaşa iştirak etməyəcəyi qərara alınıb”.
Teleqraf xəbər verir ki, bunu erməni siyasi ekspert Qaqik Kamalyan deyib.
“Serj Sərkisyan çox yaxşı başa düşür ki, seçkilərdə özünün və “Respublika” Partiyasının adı ilə iştirak edərək 4 faizlik həddi keçə bilməyəcək. Yalnız 1-2 faiz səs toplayarsa, bu, müxalifətin səslərini toplayacaq və Nikol Paşinyan da bundan istifadə edəcək”, - o bildirib.
Kamalyanın fikrincə, Serj Sərkisyan seçkilərdə iştirak qərarı verən Robert Köçəryandan daha “uzaqgörən” davranır:
“Sərkisyan seçkilərdə iştirak etsəydi, daha böyük rüsvayçılıqla üzləşcəkdi. Bundan sonra hansı istiqamətə gedəcəklərini bilmirəm, amma düşünürəm ki, onlar Robert Köçəryanla konfliktdə olduqları üçün Samvel Karapetyana tərəf meyllənəcəklər. Həmçinin bu, prosesi Samvel Karapetyana doğru yönəltmək cəhdidir. Çünki seçki saxtakarlığı ilə məşğul olmuş (Levon Ter-Petrosyanın) “Erməni Milli Konqresi” Partiyasının üzvləri əsasən Samvel Karapetyanın, eləcə də müəyyən qədər Qaqik Sarukyanın ətrafında toplaşıblar”.
Xatırladaq ki, Ermənistanda parlament seçkiləri iyunun 7-də keçiriləcək.