Tbilisi ABŞ-ın Gürcüstanla strateji tərəfdaşlığı bərpa edəcəyini gözləyir

Gürcüstan hökuməti ABŞ ilə münasibətləri yenidən başlamağa və Bayden administrasiyası dövründə dayandırılmış strateji tərəfdaşlığı bərpa etməyə hazır olduğunu dəfələrlə bildirib.

APA-nın yerli bürosu xəbər verir ki, bunu Gürcüstanın xarici işlər naziri Maka Boçorişvili "İmedi" telekanalına müsahibəsində deyib.

O qeyd edib ki, rəsmi Tbilisi ABŞ-ın Gürcüstanla münasibətləri bərpa etmək və yenidən başlamaq təklifini və bu məsələni müzakirə etməyi təmkinlə gözləyir.

Gürcüstanın Baş naziri İrakli Kobaxidze öz növbəsində ABŞ ilə strateji tərəfdaşlığı təmiz səhifədən və konkret fəaliyyət planı əsasında bərpa etməyə hazır olduğunu bir daha bildirib. O, jurnalistlərə açıqlmasında Tbilisinin Vaşinqtondan cavab reaksiyasını səbirlə gözlədiyini vurğulayıb.

Qeyd edək ki, ABŞ Gürcüstanla 2009-cu ildə əsası qoyulan strateji tərəfdaşlığı 2024-cü ilin noyabrın 30-da dayandırıb.