Tofiq Zülfüqarov: “Rusiya sərhədçiləri "TRİPP"ə tabe olacaq, yoxsa əksinə, bəlli deyil”
Yusif Nəzərli
05:35 17.10.2025
Cənubi Qafqaz
402
Ermənistanda tam "bardaq" vəziyyət yaranıb
"1992-ci ildən Ermənistan-İran sərhədindəki rus sərhədçiləri Ermənistanın yox, MDB-nin xarici sərhədlərini qoruyurlar".
Bunu Sherg.az-a açıqlamasında sabiq xarici işlər naziri Tofiq Zülfüqarov deyib.
Eks nazir bildirib ki, Ermənistanda Avropa İttifaqının missiyasının mandatı uzadılıb və bu missiya təhlükəsizlik sahəsində nəzarət həyata keçirir:
"Yəni Ermənistan dövlət olaraq təhlükəsizliyin təmininə dair suveren hüquqlarının bir hissəsini bu missiyaya verib. O cümlədən, ABŞ və Ermənistan arasında danışıqlar davam edir. Ermənistanın bəzi suveren hüquqlarının, o cümlədən təhlükəsizliyin təmin edilməsi funksiyalarının 100 illik müddətə Amerika şirkətinə verilməsi nəzərdə tutulur. Zəngəzurun həm qərb, həm də şərq sərhədləri, yəni Azərbaycanla sərhədi hələ müəyyən edilməyib, delimitasiya və demarkasiya gözləyir. Üstəlik, Almatı Bəyannaməsinə əsasən, bu proses "mövcud sərhədlər" əsasında aparılmalıdır. Amma 1992-ci ildə qondarma "miatsum" siyasəti səbəbindən Ermənistanın Azərbaycanla sərhədi yox idi. Ermənistan bu Bəyannaməni indiyədək tanımayıb. Faktiki olaraq, Ermənistan bu bölgədə yalnız yerli özünüidarə orqanları vasitəsilə idarəetmə həyata keçirir".
T.Zülfüqarova görə, Ermənistan siyasi elitasının yaratdığı bu geosiyasi "qarışıqlıqda" xarici oyunçular arasında tabeçilik də aydın deyil:
"Kim kimə tabe olacaq? Rusiya sərhədçiləri (FSB) "TRİPP"ə tabe olacaq, yoxsa əksinə? Yoxsa Avropa İttifaqı missiyası onların hər ikisini idarə edəcək?! Bunlar bəlli deyil. Bəs Ermənistan hakimiyyəti haradadır? Onlar hələ də Konstitusiyaya əsasən hesab edirlər ki, Azərbaycanla sərhədləri guya "Artsax"ın o tayındadır. Ümumiyyətlə, Ermənistanda hazırda tam "bardaq" vəziyyət yaranıb".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya