ABŞ Prezidenti Donald Tramp Ermənistan Baş naziri Nikol Paşinyana məktub göndərib.
Teleqraf xəbər verir ki, bu barədə Ermənistan rəhbərinin mətbuat xidməti məlumat yayıb.
“Mənim Nobel Sülh Mükafatına namizədliyimi irəli sürməyinizlə bağlı birgə məktubunuza görə sizə və Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkür edirəm. Bunu çox yüksək qiymətləndirirəm ki, bu da bizi mühüm missiyamızı davam etdirməyə ruhlandırır.
Birləşmiş Ştatların prezidenti kimi mən dünyada münaqişələrə son qoymağa və bütün insanlar üçün sülh və firavanlığı təmin etməyə sadiqəm. Davamlı tərəfdaşlığınızla qeyri-mümkünə nail olacağıq”, - ABŞ Prezidenti vurğulayıb.
Xatırladaq ki, Donald Tramp dekabrın 6-da İlham Əliyevə də eyni məzmunda təşəkkür məktubu göndərmişdi.