Ukrayna ərazisində davam edən hərbi əməliyyatlar zamanı daha 6 azərbaycanlı ölüb.
Axar.az Modern.az-a istinadla xəbər verir ki, həmyerlilərimiz son 10 gün ərzində baş verən döyüşlərdə həyatını itirib.

Həmin şəxslərin siyahısını təqdim edirik:
- Roman Musa oğlu Məmmədov – 07.09.1986-cı il təvəllüdlü, Novosibirsk vilayətinin Kolıvan kəndində yaşayıb.
- Namiq Məhərrəm oğlu Abbasov – 23.12.1969-cu il təvəllüdlü, Arxangelsk vilayətinin Koryajma şəhərində yaşayıb.
- Vüsal Allahverdi oğlu Qanbarlı – 21.02.1993-cü il təvəllüdlü, Yekaterinburq şəhərində yaşayıb.
- Tofiq Oktay oğlu Qurbanov – 09.05.1995-ci il təvəllüdlü.
- İlkin İntiqam oğlu Manafov – 01.10.1989-cu il təvəllüdlü, Altay diyarının Xlopunovo kəndində yaşayıb.
- Xanəhməd Qəhrəman oğlu Rüstəmov – 20.01.1993-cü il təvəllüdlü, Yaroslavl vilayətinin Rostov şəhərində yaşayıb.