“Ktriç Nersisyanın (II Qaregin) katolikos taxtında qalması mümkün deyil”.
Teleqraf xəbər verir ki, bunu Ermənistan parlamentinin sədr müavini Ruben Rubinyan deyib.
“Bəli, bunu mümkün hesab edirəm. Ümumiyyətlə, Ktriç Nersisyanın hansısa formada, istər bu cür, istər başqa cür, katolikos taxtında qalmasını mümkün hesab etmirəm. O, bu taxtda qala bilməz. Düşünürəm ki, xristian qaydalarına uyğun şəkildə gedəcək”, - vitse-spiker bildirib.
Ruben Rubinyan əlavə edib ki, II Qaregin bütün ermənilərin katolikosu ola bilməz, bu səbəbdən hazırdə katolikos taxtı boş hesab olunur.