Saxta aksiz markalarının dövriyyəsi ilə bağlı cinayət işi başlanılıb
Yusif Nəzərli
07:21 28.12.2023
Hadisə
415
Azərbaycan Respublikasının Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti birgə məlumat yayıb.
Baş Prokurorluqdan Sherg.az-a daxil olan birgə məlumatda bildirilib ki, ayrı-ayrı istehsal müəssisələrinin vəzifəli şəxsləri tərəfindən saxta aksiz markalarının dövriyyəsi və keyfiyyətsiz məhsulların istehsalı ilə bağlı daxil olmuş məlumat əsasında Baş prokuroru yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsi və İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti tərəfindən birgə əməliyyat-axtarış tədbirlərı keçirilib.
Əldə olunan sübutlara əsasən “Göygöl Şərab 2”, “Agsu-1”, “Gold Alko” və “Quseynoff vodka” məhdud məsuliyyətli cəmiyyətlərinin vəzifəli şəxslərinin vəzifə səlahiyyətlərindən sui-istifadə edərək 2023-cü ilin noyabr-dekabr ayları ərzində yerli alkoqollu içkiləri keyfiyyət standartlarına uyğun olmayan şəkildə istehsal edib satmalarına, həmin məhsulları saxta aksiz markaları ilə markalamalarına və qanunsuz olaraq dövriyyəsini həyata keçirmələrinə əsaslı şübhələr müəyyən edilmişdir.
Qeyd edilən faktlarla bağlı Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 200.1 (istehlakçıları aldatma və ya pis keyfiyyətli məhsul istehsal etmə və satma), 205-1 (saxta aksiz markalarının dövriyyəsi), 213-1 (aksiz markası ilə markalanmalı olan malları belə marka olmadan satma, satış məqsədilə saxlama, istehsal binasının hüdudlarından kənara çıxarma) və 308.1-ci (vəzifə səlahiyyətlərində sui-istifadə) maddələri ilə cinayət işi başlanmışdır.
İş üzrə Respublikanın ayrı-ayrı regionlarında yerləşən müxtəlif topdan və pərakəndə satış obyektlərində aparılmış axtarışlarla sözügedən müəssisələrə məxsus külli miqdarlarda keyfiyyətsiz spirtli içki məhsulları və saxta aksiz markaları aşkarlanaraq maddi sübut qismində götürülmüşdür.
Hazırda cinayət işi üzrə təqsirli şəxslərin tam dairəsinin müəyyən olunması istiqamətində tədbirlər davam etdirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm