Akif Nağı: Ağdam yaxın vaxtlarda əvvəlkindən də qat-qat gözəl olacaq
09:07 28.12.2023
Sosial
493
Hərtərəfli quruculuq işləri gedir, yaşayış və istehsal binaları tikilir, yollar çəkilir
Ağdamda tarixi ənənələri qorumaqla müasir üslubda kənd salınacaq.
Bunu jurnalistlərə açıqlamasında Qarabağ iqtisadi rayonuna daxil olan işğaldan azad edilmiş ərazilərdə (Şuşa rayonu istisna olmaqla) Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsinin müavini Bəşir Hacıyev deyib.
O bildirib ki, Prezident İlham Əliyev Ağdama səfəri zamanı Qiyaslı, Salahlı, Kəngərli və Baş Qərvənd kəndlərinin təməllərini qoyub. "Yeni salınacaq Qiyaslı kəndində 2546 nəfərin köçürülməsi üçün 656 fərdi yaşayış evi tikiləcək. Qiyaslı kəndində 656, Salahlı Kəngərlidə 150, Baş Qərvənd kəndində isə 851 fərdi yaşayış evlərinin inşası nəzərdə tutulub. Fərdi yaşayış evləri 2, 3, 4, 5 otaqlı olacaq. Ərazidə qeyri-yaşayış obyektlərinin də inşası nəzərdə tutulub. Burada klub-icma mərkəzi, inzibati bina, ticarət və iaşə obyektləri və sair kimi qeyri-yaşayış obyektlərinin inşası da düşünülür".
B.Hacıyev qeyd edib ki, daha öncə Prezident İlham Əliyev tərəfindən təməli qoyulan kəndlərdə artıq fərdi yaşayış evlərinin inşasına start verilib. "Xıdırlı, Sarıcalı və Kəngərli kəndlərində artıq söküntü və şaquli planlaşdırma işləri yekunlaşdırılıb. Fərdi yaşayış evlərinin inşasına start verilib. İşlər sürətlə davam etdirilir. Növbəti mərhələlərdə yol və kommunikasiya işlərinə başlanılacaq. Həmçinin qeyri-yaşayış obyektlərinin inşasının başlanması gözlənilir".
Əslən Ağdamdan olan, Azad Vətən Partiyasının sədri Akif Nağı “Sherg.az”a bildirib ki, bərpa və quruculuq işləri geniş ərazini əhatə edir:
"“Böyük Qayıdış” proqramı çərçivəsində öz yurd- yuvalarına qayıdan insanların sayı günü-gündən artır, köç prosesinin miqyası da getdikcə genişlənir. İşğaldan azad olunan digər rayonlarda olduğu kimi Ağdamda da bu gün hərtərəfli quruculuq işləri gedir, yaşayış və istehsal binaları tikilir, yollar çəkilir, infrastruktur müasir tələblərə uyğun şəkildə qurulur. Dəmir yol infrastrukturu bərpa edilib. İnşa edilən “ağıllı kənd”lərdə tarixi ənənələrin qorunması isə xüsusi əhəmiyyət kəsb edən bir məsələdir. Ümid edirəm ki, Ağdam yaxın vaxtlarda tam şəkildə bərpa olunacaq və əvvəlkindən də qat-qat gözəl olacaq. Beləliklə, Ağdam dünyanın ən müasir və cəlbedici şəhərlərindən birinə çevriləcək. Ermənilər elə bilirdilər ki, artıq Ağdamı sıradan çıxarıblar".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya