Xüsusi nümayəndə: Laçında açılan müəssisələr məşğulluq baxımından çox önəmlidir
09:33 28.12.2023
Sosial
508
Laçında açılan müəssisələr məşğulluq baxımından çox önəmlidir.
Bunu Şərqi Zəngəzur iqtisadi rayonuna daxil olan Laçın rayonunda Azərbaycan Respublikası Prezidentinin xüsusi nümayəndəsi Məsim Məmmədov deyib.
Xüsusi nümayəndə bildirib ki, bu gün Laçında kreativ yaradıcılıqla bağlı açılışı olan müəssisələrdən gələcəkdə məktəb kimi istifadə olunacaq: "Biz bu gün Laçında bir sıra müəssisələrin açılışını etdik. Hazırda "Gilabi Ceramics" müəssisəsinin açılışındayıq. Bu gün kreativ yaradıcılıqla bağlı açılan müəssisələr çox faydalıdır. Biz buradan gələcəkdə məktəb kimi istifadə edəcəyik. Çünkü bura yerli kadrlar dəvət olunur, işçilər öyrədilir. Turistik potensialı olan bir region kimi bu müəssisə Laçın şəhərini tanıtdırmaq baxımından da çox önəmlidir. Laıçına gələn turistlər bu müəssisədə istehsal edilən əl işlərindən alacaqlar. Bundan əlavə, açılan müəssisələr məşğulluq baxımından da çox vacibdir. Laçın sakinləri burada işlə təmin olunacaqlar. Yaradıcılıq mərkəzinin gələcəkdə satış mərkəzi də təşkil olunacaq. Bundan başqa, Laçında rəssamlıqla bağlı da ideyalarımız olacaq”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
"Qızıl top" səsverməsində rəsmi nəticələr açıqlandı
01:32 31.10.2026
Futbol
Erməni ombudsmandan "türk" sözü ilə bağlı - BƏYANAT
01:11 31.10.2026
Cənubi Qafqaz
ABŞ Yaxın Şərqə əlavə hərbi texnika göndərir
00:49 31.10.2026
Gündəm
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya