XİN başçısı: 2024-cü ildə sülh istiqamətində inkişafa nikbin baxırıq
11:48 28.12.2023
Aktual
427
Azərbaycan və Ermənistan arasında sülh üçün mühit önəmlidir. 2023-cü ilin sonunda müəyyən müsbət nəticələrin birbaşa təmaslar nəticəsində əldə olunmasına diqqət çəkmək istəyirəm. 2024-cü ildə sülh istiqamətində inkişafa nikbin baxırıq. Eyni zamanda, öz tərəfimizdən legitim maraqlarımızı nəzərə alaraq, beynəlxalq hüququ əsas götürərək üzərimizə düşən müsbət qarşılıqlı addımları atmağa hazırıq.
Bunu Azərbaycanın xarici işlər naziri Ceyhun Bayramov nazirliyin ilin yekununa dair hesabat brifinqində çıxışı zamanı deyib.
“Sülh istiqamətində hər hansısa müsbət irəliləyiş olarsa, bu ümumi prosesə yaxşı mənada təsir edə bilər. Bu mənada, dekabrdakı inkişaf ciddi etimad quruculuğu tədbiri kimi qiymətləndirilə bilər. Razılıq iki ölkə arasında birbaşa əldə edilib, üçüncü ölkənin iştirakı baş verməyib”, - nazir deyib.
Ceyhun Bayramov sülh gündəliyi üçün müxtəlif istiqamətlərin olduğunu bildirib:
“Noyabrın 30-da delimitasiya üzrə komissiyanın görüşünün birbaşa iki ölkə arasında keçirilməsi, konkret nəticənin əldə edilməsi müsbət inkişafa yönəlik addımdır”.
Nazir deyib ki, noyabr ayında sülh sazişi ilə bağlı Ermənistan tərəfindən təkliflər paketi alınıb:
"Ondan əvvəl isə biz, Ermənistana bir ay müddətində öz təkliflər paketimizi hazırlayaraq göndərmişdik. Bildiyiniz kimi, bu proses 2022-ci ilin oktyabrından başlayıb və fiziki görüşlər də bu prosesin bir hissəsidir. Lakin son zamanlar fiziki görüşlərdə bəlli durğunluq oldu. Ümid edirik ki, 2024-cü ildə bu görüşlərin keçirilməsinin şahidi olacağıq. Vaxt itkisi olmaması üçün də bu təkliflər paketinin üzərində və proses üzərində işləyəcəyik".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
ABŞ Ukraynaya 500 ədəd "Patriot" raketi satacaq
23:50 30.10.2026
Aktual
Qızılın qiyməti xeyli ucuzlaşdı
23:31 30.10.2026
İqtisadiyyat
Abbasdan Ankaranı aşağılayan addım - Türkiyə “səssiz” qaldı
23:10 30.10.2026
Dünya
Lyayen: Aİ və Kanada unikal tərəfdaşlıq yaradırlar
21:50 30.10.2026
Aktual
Aİ Ukraynaya 2027-ci il üçün 45 milyard avro yardım ayırıb
20:40 30.10.2026
Aktual
Premyer Liqa: "Sabah" səfərdə "Turan Tovuz"a məğlub olub
20:31 30.10.2026
Futbol
Mingəçevirdə qətl törədilib
20:00 30.10.2026
Hadisə
“Beşiktaş” İsrail komandası ilə oyununu Gürcüstanda keçirəcək
19:30 30.10.2026
Futbol
U-15 dünya çempionatı: İspaniya çempion olub
19:21 30.10.2026
İdman
Paşinyanı devirmək, müharibəni alovlandırmaq istəyirlər - ŞƏRH
19:13 30.10.2026
Gündəm
Zelenski sabah Türkiyəyə gedir
18:51 30.10.2026
Dünya
Şəmkirdə azyaşlını avtomobil vurub
18:51 30.10.2026
Hadisə
Media məsuliyyəti: etik prinsiplər və qanunvericilik
18:45 30.10.2026
Media
Paşinyan Alen Simonyanı Moskvaya göndərir
18:06 30.10.2026
Region
Milli Məclis Zəfər Günü ilə əlaqədar bəyanat qəbul edəcək
17:41 30.10.2026
Gündəm