Bu şəxslərin maaşı 1000 manat OLACAQ
Bu şəxslərin maaşı 1000 manat OLACAQ
09:24 18.03.2024
İqtisadiyyat
526
2024-cü ilin fevralın 1-nə olan məlumata əsasən, Azərbaycanda ortaaylıq əməkhaqqı 1000 manatı keçən sahələrin sayı 9-a yüksəlib.
Sfera.az xəbər verir ki, ötən ilin fevralın 1-də yeddi fəaliyyət növündə orta maaş 1000 manatı ötürdü.
Bunlar mədənçıxarma sənayesi (orta maaş 3 000 manat), maliyyə və sığorta fəaliyyəti (2 040 manat), informasiya və rabitə (1 440 manat), peşə, elmi və texniki fəaliyyət (1 365 manat), nəqliyyat və anbar təsərrüfatı (1 199 manat), dövlət idarəetməsi və müdafiə; sosial təminat (1 090 manat), tikinti (1 020 manat) sahələri idi.
Bu ilin fevralın əvvəlində daha 2 sahədə maaşlar 1000 manatı ötüb. Maaşı 1000 manatı ötən sahələr siyahısına elektrik enerjisi, qaz və buxar istehsalı, bölüşdürülməsi və təchizatı (1 052 manat), digər sahələrdə xidmətlərin göstərilməsi (1 034 manat) sahələri də daxil olub.
Ümumilikdə, ölkə üzrə fəaliyyət növlərində orta əməkhaqqının bu il 1000 manata çatması gözlənir. Bu ehtimal daxilində daha bir sahədə - daşınmaz əmlakla əlaqədar əməliyyatlarda orta maaş səviyyəsinin 1000 manata çatması real görünür.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çin və Rusiya XİN rəhbərləri Bakıda görüşüb
18:18 14.10.2026
Gündəm
Tacikistan Prezidenti Azərbaycana səfərə gəldi
18:10 14.10.2026
Rəsmi
Qırğızıstan Prezidenti Azərbaycana səfərə gəlib
17:54 14.10.2026
Gündəm
NATO Baş katibi: Vahid Avropa ordusu ideyasına ehtiyac yoxdur
17:46 14.10.2026
Gündəm
Qazaxıstan Prezidentinin Azərbaycana səfəri başlayıb
17:27 14.10.2026
Gündəm
Lavrov Bakıya gəldi
17:23 14.10.2026
Gündəm
Rusiya müharibəni qələbə qazanmadan dayandırmayacaq - POLİTOLOQ
17:02 14.10.2026
Gündəm
Ermənistan Türkiyə sərhədinin açılmasına möhtacdır - ŞƏRH
17:01 14.10.2026
Gündəm
Əməkdar jurnalist Ənvər Qafarlı vəfat edib
16:49 14.10.2026
Cəmiyyət
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial