Şəhid ailələri və müharibə əlillərinə bu il daha 1500 mənzil və fərdi ev veriləcək
Şəhid ailələri və müharibə əlillərinə bu il daha 1500 mənzil və fərdi ev veriləcək
12:30 18.03.2024
Sosial
473
Şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə 2023-cü ildə 1500, möhtəşəm Zəfər əldə etdiyimiz 44 günlük Vətən müharibəsindən sonra 6 min, ümumən ötən dövrdə 14 800 mənzil və fərdi təqdim edilib.
Bu barədə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyində keçirilən kollegiya iclasında bildirilib.
Əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev Prezident İlham Əliyevin tapşırığına əsasən şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərin sosial müdafiəsinin gücləndirilməsi istiqamətində atılan mühüm addımları qeyd edib.
Bu kateqoriyalardan olan vətəndaşların mənzillə təminatı proqramının da uğurla davam etdirildiyi və postmüharibə dövründə 5 dəfə genişləndirildiyi diqqətə çatdırılıb. Qeyd olunub ki, bu il də şəhid ailələri və müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə daha 1500 mənzil və fərdi evin verilməsi nəzərdə tutulur.
Həmçinin müharibə ilə əlaqədar əlilliyi olan şəxslərə postmüharibə dövründə 494, ümumən ötən dövrdə 7600 avtomobil təqdim edilib və bu istiqamətdə tədbirlər də davam edəcək.
İclasda Nazirliyin tabeliyindəki Sosial Xidmətlər Agentliyinin fəaliyyət istiqamətləri üzrə görülən işlər diqqətə çatdırılıb. Bu ilin iki ayında sosial xidmət müəssisələrində 1800-ə yaxın şəxsə xidmət göstərildiyi, 3900-dək şəxsin evlərində sosial-məişət xidməti, 67 şəxsin sanator-kurort yollayışı ilə təmin edildiyi, 48 şəxsin reinteqrasiyası işlərinin aparıldığı qeyd olunub.
Ötən il Bakı və Sumqayıtda açılan ixtisaslaşmış sosial xidmət mərkəzlərində əlilliyi olan 500-dək, bu ilin iki ayında isə 149 uşağa reabilitasiya yönümlü sosial xidmətlər göstərildiyi bildirilib. Bu il Ağdam, Göyçay, Hacıqabul rayonlarında və Bakının Yasamal rayonunda da belə mərkəzlərin açılacağı qeyd olunub.
Uşaqların dövlət uşaq müəssisələrinə düşməsinin qarşısının alınması və çətin həyat şəraitində olan uşaqların və ailələrin sosial xidmətlərə çıxışının təmin edilməsi üçün aparılan işlər, günərzi mərkəzlərin fəaliyyəti barədə məlumat verilib.
Əlilliyi olan şəxslərin Peşə-əmək Reabilitasiyası Mərkəzində bu il əmək bazarı tələblərinə uyğun olaraq bir sıra yeni peşələr üzrə hazırlıq kursları və dərnəklərin də təşkil ediləcəyi qeyd olunub. Bu il 22 uşağın övladlığa verildiyi, habelə “Himayədar ailə” modelinin tətbiqi işləri, artıq 9 uşağın himayədar ailələrə verildiyi diqqətə çatdırılıb.
Həssas qruplarla bağlı dəstək tədbirlərindən, Nazirliyin tabeliyindəki Sosial Dəstək Mərkəzi tərəfindən bu məqsədlə icra olunan layihələrdən bəhs olunub. Şəhid övladlarının anaları ilə birgə səyahət və həmin valideynlər üçün təlimlərinin təşkili, müharibə iştirakçılarına, müharibədən əziyyət çəkmiş qadınlara psixoloji dəstəyin göstərilməsi, onlar üçün şəxsi inkişaf təlimləri və s. üzrə aparılan işlər qeyd edilib.
Nazirliyin tabeliyindəki Əmək Bazarı və Sosial Müdafiə Məsələləri üzrə Milli Observatoriya tərəfindən sorğu və monitorinq istiqaməti üzrə statistik xülasə, Nazirlik və qurumlarının əməkdaşları üçün təşkil edilmiş təlimlər, aparılan qiymətləndirmə prosesi, Observatoriyanın təcrübə proqramları barədə məlumat verilib.
İclasda hər üç qurum üzrə görülən işlər və qarşıda duran vəzifələr müzakirə olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Netanyahu İranda hakimiyyət dəyişikliyi üçün vaxt verdi
16:24 14.10.2026
Gündəm
İsrail Prezidenti İsxak Hersoq Azərbaycana səfərə gəldi
16:21 14.10.2026
Gündəm
Bakının mərkəzində kəlağayı ilə yürüş keçirilib - FOTO
15:55 14.10.2026
Aktual
Kreml: Putin və Tramp arasında görüş hələ razılaşdırılmayıb
15:10 14.10.2026
Gündəm
Aİ Ukraynaya 2,86 milyard avro ayırdı
15:06 14.10.2026
Gündəm
Bu evlərə “kupça”a verilməyəcək
14:42 14.10.2026
Sosial
Pensiya alanlara ŞAD XƏBƏR!
14:00 14.10.2026
Sosial
Bacısı oğluna işgəncə verən falçı...
13:58 14.10.2026
Hadisə
Vyetnamın Vitse-prezidenti Azərbaycana səfərə gəlib
13:55 14.10.2026
Gündəm
Xarkov vilayətində 5 Ukrayna hərbçisi güllələnib
13:39 14.10.2026
Dünya
Hörmüz boğazında konteyner daşıyan gəmi minaya düşdü
13:37 14.10.2026
Dünya
İran telekanalının Azərbaycana qarşı informasiya hücumu ifşa olundu
13:18 14.10.2026
Media
Yüzlərlə uşaq qatili erməni separatçı məhv edildi
13:14 14.10.2026
Aktual
Kartdan karta ödənişlərdə tutulmalar - Belə olacaq
13:11 14.10.2026
İqtisadiyyat