
Sosioloq: Təcavüzkarları həpsxanada...
12:51 15.04.2024
Sosial
440
Paytaxtın Nərimanov rayonunda azyaşlıya qarşı əxlaqsız hərəkətlər edən şəxs saxlanılıb.
Bu barədə Daxili İşlər Nazirliyinin (DİN) Mətbuat xidmətindən məlumat verilib.
Bildirilib ki, Nərimanov rayonunda yaşayış binalarından birinin girişində azyaşlıya qarşı əxlaqsız hərəkətlərin edilməsi barədə polisə məlumat daxil olub. Nərimanov Rayon Polis İdarəsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə hadisəni törədən Maksim Məmmədov saxlanılıb. Araşdırma zamanı müəyyən edilib ki, o, əvvəlcə azyaşlını izləyib. Daha sonra binanın girişində yaxınlaşaraq ona qarşı əxlaqsız hərəkətlər edib.
Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb. Nərimanov rayon məhkəməsinin qərarı ilə M.Məmmədov barəsində 3 ay müddətinə həbs qətimkan tədbiri seçilib.
Azərbaycanda bu kimi əməli törədənlərin həbs müddətinin və bundan sonrakı taleyinin çox acınacaqlı olduğunu deyən sosioloq Lalə Mehralı "Sherg.az"a bildirib ki, onlar heç bir halda cəmiyyətə qaynayıb-qarışa bilmirlər:

"Çünki etdikləri heç bir əxlaqi dəyərə sığmır. Bu səbəbdən onların cəmiyyətə adaptasiyası mümkün olmur. Əlavə olaraq həpsxanada cəza vaxtını çox çətin keçirirlər. Bu cür şəxsləri adətən bir kamerada yerləşdirirlər. Çünki onları başqa cinayyətlərə görə, cəzalandırılanlarla bir yerdə qoyduqda təzyiq halları yaranır. Bir sözlə, azyaşlıya qarşı təcavüzkarlıq ən aşağı cinayyət hesab olunur. Bəziləri bu nüansları bilsələr də, nəfsinə yenilərək olmayan əxlaqını unudur. Hadisədə əli olan şəxsin azyaşlını izləyərək əməlini planlı şəkildə həyata keçirməsi cəzasının artmasına səbəb olacaq. Təcavüzə məruz qalan hər bir uşaq bunu gizlətməməli, valideyninə, müəlliminə, güvəndiyi şəxsə deməlidir. Uşaqlar bu kimi hallardan utanıb qorxdularaq kiməsə demədikdə belə hadisələr gizli olaraq da qalır. Hətta, ailə daxilində təcavüzə məruz qalanlar var. Onlar qorxudulur. Nəticədə gələncəkdə həmin uşaqda psixoloji travmalar qalır. Həm bu cür əxlaqdan xəbəri olmayanların, həm də təcavüzə məruz qalanların cəmiyyətimizdə olması çox narahatedici vəziyyətdir. Bu kimi əməllərin qurbanı olanlar qorxub susduqca təcavüzkarlar bundan cəsarətlənirlər. İctimailəşdirilərək adiləşdirilməkdənsə, Hüquq Mühafizə Orqanlarına məlumat verməli və tədbir görülməlidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Çexiyanın Vltava və Elba çaylarında suyun səviyyəsi kəskin enib
03:59 08.10.2026
Ekologiya
Həmzət ona 1 milyon təklif etdi: Yeri de, döyüşək!
03:23 08.10.2026
İdman
Ağ Ev Pentaqona İrana zərbələrlə bağlı tapşırıq verdi
02:46 08.10.2026
Son dəqiqə
Tramp FTB-ni həyat yoldaşı və oğlunu izləməkdə ittiham edib
01:21 08.10.2026
Aktual
Qətər sahillərində tankerə zərbə endirildi
00:59 08.10.2026
Gündəm
KİV: İran və ABŞ arasında vasitəçilik səyləri dalana dirənib
00:20 08.10.2026
Aktual
Əgər mənə Nobel mükafatını verməsələr... - Tramp
22:39 07.10.2026
Dünya
Şirvanda 18 yaşlı gənc bıçaqlanıb
22:02 07.10.2026
Hadisə
Sabunçuda hərəkət qismən məhdudlaşdırılacaq
21:37 07.10.2026
Cəmiyyət
Litva Kalininqrad sərhədinə ordu yerləşdirmək istəyir
21:20 07.10.2026
Dünya
Lerikdə iki yol qəzası olub, xəsarət alanlar var
20:40 07.10.2026
Hadisə
Azərbaycanda bu məhsullar oyuncaq sayılmayacaq - Rəsmi
20:31 07.10.2026
Sosial
Prezident Messidən danışdı: İnanılmazdır!
20:23 07.10.2026
Futbol
Zelim Tçkayev: Rəqibim güclü idi, heç bir bəhanə yoxdur
20:12 07.10.2026
İdman
Rusiya Çerniqova hücum etdi: 18 ölü, 55 yaralı
20:04 07.10.2026
Gündəm