
Qanun sərtləşdirilsin: Moped sürücüləri idarə etdiyi nəqliyyat vasitələri ilə oyuncaq kimi davranır
10:39 16.08.2024
Cəmiyyət
1050
DİN-in Nəqliyyatı İntellektual İdarəetmə Mərkəzi motosiklet və moped sürücülərinə müraciət edib.
1news.az xəbər verir ki, bu barədə NİİM məlumat yayıb.
Qeyd olunub ki, ötün gün günorta saatlarında Heydər Əliyev prospektində, metronun “Koroğlu” stansiyası istiqamətində motosiklet sürücüsü çoxzolaqlı yolda qaydanı pozaraq avtomobillərin intensiv hərəkət etdiyi digər zolağa daxil olub və motosiklet yanıb: “Ona kömək etmək istəyən minik avtomobilinin sürücüsü isə yol-nəqliyyat hadisəsinin baş verməsinə səbəb olub.
Nəticədə həmin sürücülərin törətdiyi qayda pozuntusuna görə, paytaxtın əsas prospektlərindən birində ciddi sıxlıq yaranıb.
NİİM motosiklet və moped sürücülərinə qaydalara əməl etmələri ilə bağlı çoxsaylı müraciətlərimizə baxmayaraq, yollarda fürsət yaranan kimi “qaydanı pozum, heç bir problem olmaz” düşüncəsi ilə bu nəqliyyat vasitələrini necə gəldi idarə edənlər az deyil. Həmin sürücülərin diqqətinə çatdırmaq istəyirik ki, müşahidə kameraları 24 saat işləyir və onların törətdikləri hər bir qayda pozuntusu nəzarətdən kənarda qalmır. Mərkəz olaraq növbəti dəfə moped və motosiklet sürücülərinə tövsiyə edirik ki, yol-nəqliyyat hadisələrinin baş verməsinə, digərlərinin həyatını təhlükəyə atmasına, eləcə də yollarda sıxlığın yaranmasına səbəb olmasınlar”.
Məsələyə münasibət Avtosfer.az saytının baş redaktoru, nəqliyyat eksperti Elməddin Muradlı "Sherg.az”a bildirib ki, hazırda moped sürücüləri ilə bağlı vəziyyət xeyli dəyişib:

“Əvvəllər qanunda müəyyən boşluqlar olduğuna görə motosiklet sürücüləri də öz nəqliyyat vasitələrini moped adı ilə istifadə etməyə çalışırdı. Qanunla motosiklet idarə edənlərin sürücülük vəsiqəsi tələb olmalı və dövlət nişan qeydiyyatı alınmalıdır. Lakin adını qoymuşdular ki, onların idarə etdiyi nəqliyyat vasitəsi mopeddir. Əslində isə bu belə deyildi. Bir müddət keçdikdən sonra yol polisi bu məsələnin üzərinə getdi və məlum oldu ki, xeyli sayda motosiklet moped adı ilə idarə olunur. Sürücüləri sürücülük vəsiqəsi almayıb, nəqliyyat vasitələrinə dövlət qeydiyyat nişanı verilməyib və bu sahədə də böyük problemlər mövcuddur. Çünki mopedlər sürücülər tərəfindən xaotik şəkildə idarə edilir. Yəni səkilərdə, əks istiqamətlərdə, təhlükəli zonalarda risklər yaradırlar və bir çox hallarda da qəzalar baş verir. Ona görə də bu məsələ ilə bağlı nizamlayıcı addımlar atıldı və qanunda dəyişikliklər edildi. Ancaq görürük ki, bu gün yenə bu cür hadisələr baş verir. Bəzi moped sürücüləri idarə etdiyi nəqliyyat vasitələri ilə oyuncaq kimi davranır. Hesab edirlər ki, qoyulan qayda-qanunun onlara adiyyatı yoxdur. Hər bir hərəkət iştirakçısı üçün yol hərəkəti haqqında qanun və qaydalar müəyyənləşdirilib. Həmin qanunun tələblərinə moped və motosiklet sürücüləri əməl etməlidir. Svetaforun tələblərini pozmamalı, piyada keçidlərindən istifadə etməli, səkilərlə hərəkət etməməli, əks istiqamətə və yaxudda çoxzolaqlı yollarda bu zolaqdan o biri zolağa tullanmamalıdırlar. Digər tərfdən onlar nəqliyyat vasitələrinə texniki qulluq da göstərmirlər. Ona görə də hərəkət zamanı alışır. Belə nəqliyyat vasitələrinin texniki vəziyyəti nəzarət altında saxlanmalı və idarə edən şəxslərin sürücülük təcrübələrinə baxılmalıdır. Nömrə düşmürsə, sürücülük vəsiqəsi tələb olunmursa, bu o demək deyil ki, yolda istədiyi hərəkəti etməlidir. Bu kimi hadisələrin qarşısını almaq üçün qanuna bir daha baxmaq lazımdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Dünyada nadir rast gəlinir: “Vampir xəstəliyi” nədir?
07:57 27.09.2026
Sağlamlıq
Ancelina Coli evini 24,75 milyon dollara satdı
06:09 27.09.2026
Şou
Əraqçi: İran Hörmüz boğazı ilə bağlı şərtlərini dəyişməyəcək
04:23 27.09.2026
Dünya
Rumıniyada üç siyasətçi dövlətə xəyanətdə ittiham olunub
04:00 27.09.2026
Dünya
İstanbulda şəhidlər yad ediliblər
03:54 27.09.2026
Cəmiyyət
ABŞ-dan qayıdan Pezeşkiandan ilk açıqlama
03:35 27.09.2026
Gündəm
Kanadada helikopter qəzasında 4 nəfər həlak olub
03:11 27.09.2026
Hadisə
Şəkər xəstələrində ürəyi gücləndirən ədviyyat
02:40 27.09.2026
Sağlamlıq
Tramp Ukrayna münaqişəsinin həlli üzərində işlədiyini bildirib
02:11 27.09.2026
Dünya
Azərbaycanın XİN 27 Sentyabr – Anım Günü ilə bağlı bəyanat yayıb
01:37 27.09.2026
Gündəm
Müctəba Xamenei xəstəxananın dağıntıları altından çıxarılıb
01:17 27.09.2026
Dünya
Hər şeyə çatdırırsan… Özünə isə gecikirsən
00:31 27.09.2026
Cəmiyyət
Çin İrana hücum etmək üçün kömək edibmiş
23:07 26.09.2026
Dünya