Rusiya Müsəlmanları Ruhani idarəsi çoxarvadlılıqla bağlı verdiyi fətvanı geri götürüb
10:21 24.12.2024
Dünya
294
Rusiya Müsəlmanları Ruhani İdarəsinin ölkədə çoxarvadlılığa icazə verilməsi ilə bağlı fətva verməsi böyük səs-küyə səbəb olub.
APA-nın Moskva müxbiri xəbər verir ki, Rusiya Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası (alimlər və ilahiyyatçılar) müsəlmanlara dördə qədər dini nikah bağlamağa icazə verib.
İdarənin sədr müavini, Moskva müftisi İldar Alyautdinov bildirib ki, ərin bütün arvadlarla eyni rəftar etməsi şərti ilə çoxarvadlılığa icazə verilir.
Məlum fətva Rusiya cəmiyyətində böyük rezonansa səbəb olub. Məsələyə Baş Prokurorluq qarışıb.
Baş Prokurorluq Rusiyada çoxarvadlılığın qanuna zidd olması ilə bağlı RF Müsəlmanları Ruhani İdarəsinə xəbərdarlıq edib.
Bildirilib ki, Rusiya Federasiyasının Ailə Məcəlləsinə əsasən, ər-arvaddan biri artıq başqa bir nikahdadırsa, nikahı qadağan edir. Dini qurumlar bu qanunu poza bilməz.
Baş prokurorluğun məlum xəbərdarlığından sonra Rusiya Müsəlmanlarının Ruhani İdarəsi çoxarvadlılığa icazə verən fətvanı geri götürüb..
"Bu, Allahın istəyidir və Rusiya Federasiyası Müsəlmanları Ruhani İdarəsinin Üləmalar Şurası mübahisəyə girməyin mənasını görmür", - deyə idarədən verilən açıqlamada qeyd olunub.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Messi İspaniyada ikinci futbol klubunu alır
14:05 09.09.2026
Futbol
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya