
Tehran hakimiyyəti Suriyada xaos yaratmağa, yeni təşkilatlar elan etməyə səy göstərir -ŞƏRH
12:50 25.12.2024
Dünya
503
Yeni hökümət İrandan 3 milyard dollar məbləğində təzminat tələb edəcək
Suriyanın xarici işlər naziri Əsəd Həsən əl-Şeybani İranı Suriya xalqının iradəsinə və ölkənin suverenliyinə hörmət etməyə çağırıb. O, bu barədə sosial şəbəkə hesabında yazıb. Şeybani qeyd edib ki, İran Suriya xalqının iradəsinə, ölkənin suverenliyinə və ərazi bütövlüyünə hörmət etməlidir. Xarici işlər naziri bildirib ki, İran Suriyada xaos yaymaqdan çəkinməlidir. O, Tehranı son bəyanatlarına görə məsuliyyətə çağırıb. Qeyd edək ki, İranın ali dini lideri Ayətullah Əli Xamenei Suriya gənclərini ölkədə qeyri-sabitliyi təşkil edənlərə qarşı qətiyyətlə dayanmağa çağırmışdı.
Orta Doğu Araşdırmalar Mərkəzinin sədri, politoloq Sədrəddin Soltan “Sherg.az”a bildirib ki, İran hakimiyyəti Bəşər Əsəd rejiminin süqutu ilə hərbi, siyasi və ideoloji cəhətdən Suriyada iflasa düçar oldu:

“Bu iflası ört-basdır etməyə görə Tehran rəsmiləri müxtəlif bəyanatlar verirlər. Məsələn, İranın ali rəhbəri Seyid Əli Xamenei bildirir ki, Həmas, Hizbullah İranın proksi qüvvəsi olmayıb və Suriyada yalnlz sadəcə təlimatçıları fəaliyyət göstərib. Eyni zamanda İran rəsmiləri onların adlarının müxtəlif cinayətlərdə hallanmasına qarşı çıxırlar. Eləcə də mövcud problemləri gizlətmək üçün guya Suriyada gənclərin təşkilat yaradaraq özləri Suriyanı düşdükləri vəziyyətdən çıxarmaq üçün fəallıq göstərdiklərini deyirlər. Bunların hamısı Tehran hakimiyyətinin Suriyada gedən yeni proseslərə maneə olmaq cəhdidir. Ona görə də Suriyanın müvvəqəti xarici işlər naziri Əsəd Həsən əl-Şeybani İranı daha realist olmağa və mövcud hakimiyyəti qəbul etməyə səsləyir. Bu yaxınlarda Suriyanın indiki hökümətinin İranı Cinayət Məhkəsinə verəcəyinə dair xəbərlər yayılmışdı. Məlumatlara görə indiki hökümət İrandan 3 milyard dollar məbləğində təzminat tələb edəcək. Belə hadisələrdən canını qurtarmaq və törətdiyi cinayətləri gizlətmək üçün Tehran hakimiyyəti Suriyada xaos yaratmağa, yeni təşkilatlar elan etməyə səy göstərir. İranın xarici işlər naziri Abbas Araqçı bildirib ki, Suriyadakı vəziyyətlə bağlı indi arxayın danışmaq hələ tezdir. Bu isə yeni qurulan hökümətə təhdid mesajıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Arda Gülər mükafatını aldı
13:24 09.09.2026
Futbol
Ceyhun Bayramov yaxın zamanda ermənistanlı həmkarı ilə görüşəcək
13:20 09.09.2026
Gündəm
ÇL: “Mançester Siti” – “Porto” matçının fasiləsində dava düşüb
12:56 09.09.2026
Futbol
Qırğızıstan lideri xalqa çağırış etdi
12:55 09.09.2026
Dünya
Prezident İlham Əliyev Emoməli Rəhmonu təbrik edib
12:52 09.09.2026
Gündəm
Sabah Bakıda yağış yağacaq
12:44 09.09.2026
Ekologiya
Oğluna Ronaldo adını verdi
11:37 09.09.2026
Maraqlı
İrandan mesaj: Üçüncü Dünya müharibəsinin astanasındayıq
11:36 09.09.2026
Dünya
Qolunuz uyuşanda niyə yad bir orqan kimi hiss olunur?
11:10 09.09.2026
Sağlamlıq
İsraildən xaricə köç artır: Ölkəyə qayıdanların sayı 58 faiz azalıb
10:54 09.09.2026
Dünya
Blokadadan çıxa bilməyən İran münaqişəni yenidən alovlandırdı
10:35 09.09.2026
Gündəm