
Baydenin dönəmində ABŞ ancaq uduzdu - ANALİTİK
Yusif Nəzərli
06:53 23.01.2025
Gündəm
399
Trampın hakimiyyəti dövründə Bakı və Vaşinqton arasında əlaqələrin bərpası qaçınılmazdır
Prezident İlham Əliyev yanvarın 22-də Davosda qarşı tərəfin müraciəti əsasında ABŞ-nin Xristian Liderlər Konqresinin rəhbəri Conni Mur ilə görüşüb. Söhbət zamanı Azərbaycanda dini azadlıqların təmin olunduğu, müxtəlif xalqların və dinlərin nümayəndələrinin ölkəmizdə tarixən sülh, əmin-amanlıq və harmoniya şəraitində yaşamaları məmnunluqla vurğulanıb.
Görüşdə Azərbaycan-ABŞ əlaqələrinin Tramp dönəmində müsbət perspektivləri ilə bağlı fikir mübadiləsi aparılıb. Dövlət başçısı bildirib ki, Bayden-Blinken administrasiyası dövründə ABŞ tərəfindən Azərbaycana qarşı qərəzli münasibət göstərilib və bunun da nəticəsində ikitərəfli əlaqələrimiz böhrana sürüklənib. Prezident İlham Əliyev 907-ci düzəlişin yenidən bərpasını məhz elə Bayden-Blinken administrasiyasının nankorluğunun təzahürü kimi dəyərləndirib. Söhbət zamanı Azərbaycan ilə Tramp administrasiyası arasında gələcək əlaqələr məsələsi müzakirə olunub.

Siyasi şərhçi Zeynal Əmrəliyev "Sherg.az"a deyib ki, ABŞ ilə Azərbaycanın münasibətləri zaman-zaman gərginləşir. Ekspertin sözlərinə görə, buna baxmayaraq, Azərbaycan yerləşdiyi coğrafi mövqeyinə, yeraltı və yerüstü zənginliklərinə görə hər zaman beynəlxalq güclərin, xüsusilə də ABŞ-nin maraq dairəsində olub: "Azərbaycan hər zaman terrorizmlə mübarizədə ABŞ-yə dəstək verib. Hələ 2001-ci il 11 sentyabr terror aktı zamanı ABŞ-yə İslam dünyasında ilk dəstək də məhz Azərbaycandan gəlib. Sahib olduğu multikultural dəyərlər, sabit siyasi mövqe diqqətlərin Azərbaycan üzərinə toplanmasına səbəb olub. Ancaq təbii ki, Vaşinqtonun marağında olan əsas məsələlər tamamilə başqadır. İlk növbədə Azərbaycan ABŞ-nin iki ən böyük rəqibinin, Rusiya və İranın ortasında yerləşir. Ölkəmiz demək olar ki, Rusiya və İranı bir-birinə birləşdirən körpü rolunu oynayır. Eyni zamanda ölkəmiz Qərbin Şərqə açılan əsas qapısı rolunu oynayır. Təsadüfi deyil ki, 2001-ci il ABŞ Əfqanıstana müdaxilə edərkən Azərbaycanın yardımına ehtiyac duyub. Ölkəmiz sülhyaratma əməliyyatlarında fəal iştirak etməklə bərabər eyni zamanda mühüm dəhliz rolunu da oynayıb. Təsadüfi deyil ki, Azərbaycanı "NATO-nun Şimal dəhlizi" adlandırırdılar".
Siyasi şərhçi vurğulayıb ki, daha bir önəmli məqam Avropanı Mərkəzi Asiya ilə birləşdirən əsas yolun məhz Azərbaycan ərazisindən keçməsidir:
"Nəzərə alaq ki, Donald Trampın əsas hədəfi məhz Çini iqtisadi cəhətdən çökdürməkdir. Bu baxımdan Mərkəzi Asiya ölkələri ilə əməkdaşlıq xüsusi əhəmiyyət kəsb edir. Co Baydenin 4 illik hakimiyyətində Azərbaycanla münasibətlərdə soyuqluq yaşayan ABŞ bundan ancaq uduzdu. Trampın dövründə Bakı və Vaşinqton arasında əlaqələrin bərpası qaçınılmazdır. Bunun üçün başlıca şərt isə ABŞ-nin ölkəmizə qarşı tətbiq etdiyi yanlış siyasətindən imtina etməsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ukrayna çıxılmaz vəziyyətdədir - Saks
00:40 07.09.2026
Aktual
Zelenski yenidən Donbasdan imtina etməyəcəklərini açıqladı
23:37 06.09.2026
Aktual
"Amazon"un yük təyyarəsi qəzaya uğradı
23:15 06.09.2026
Dünya
Rusiyada 10 alpinist itkin düşdü
22:54 06.09.2026
Region
Şevçenko İrəvana gəldi, Simonyanın toyuna...
22:33 06.09.2026
Cənubi Qafqaz
Şəmkirdə evdə 35 yaşlı kişinin meyiti tapılıb
22:12 06.09.2026
Gündəm
Uitkoff: Tramp Ukrayna münaqişəsinin diplomatik həllinə çalışır
21:30 06.09.2026
Aktual
İsrail ordusu qəfil təlimlərə başladı
20:33 06.09.2026
Dünya
Göygöldə 50 yaşlı kişinin meyiti tapılıb
20:16 06.09.2026
Hadisə
ABŞ İranla yeni nüvə sazişi bağlamaya bilər
19:22 06.09.2026
Dünya
Rusiyadan Honq Konqa qızıl tədarükü rekord həddə çatıb
19:06 06.09.2026
İqtisadiyyat
Milli Məclisin sədri ABŞ-a işgüzar səfər edib
18:30 06.09.2026
Siyasət
İnfantino yenə prezident olmaq istəyir
18:12 06.09.2026
Futbol
Budanov: “Avropa üçlüyü”nün nümayəndələri Kiyevə gəlib
17:21 06.09.2026
Son dəqiqə
“Qalatasaray” azarkeşlərinə üzücü xəbər
16:10 06.09.2026
Futbol
Uitkoff və Kuşner Ukraynaya səfər edib
15:52 06.09.2026
Gündəm