Nənəsinin icadı taleyini dəyişdirdi -İndi 5 dil bilir
Yusif Nəzərli
00:54 02.05.2025
Maraqlı
587
Türkiyənin Kayseri bölgəsi, məşhur Soğanlı məhəlləsində yaşayan 57 yaşlı Ayşə Aplak 40 ildir parça gəlinciklər hazırlayıb satmaqla keçinir. Maraqlı budur ki, qadın parçadan hazırladığı gəlincikləri Kayseriyə gələn turistlərə satmaq üçün 5 xarici dil öyrənib. Fransız, italyan, ispan, ingilis və alman dillərini. Aplak "60 il əvvəl bu kukla biznesini nənəm icad edib. Kayseriyə dünyanın hər yerindən turistlər gəlir. Onlarla dil tapmaq üçün mən də xarici dilləri öyrəndim”, deyən Ayşə Aplak taleyini dəyişdirən hekayəni anladıb.
“Sherg.az” “Milliyet.com.tr”yə istinadən bildirir ki, alman, ingilis, ispan, italyan və fransız dillərini bilən 3 uşaq anası Aplak, “turistlər gələndə “haralısan?” deyə soruşuram. Əgər italyandırsa, “Buongiorno” deyirəm, turistlər gələndə onların hansı dildə danışdığını anlayıram”, söyləyib. Kapadokiyanın qapısı kimi tanınan Kayserinin Yeşilhisar rayonunun Soğanlı məhəlləsində yaşayan Ayşe Aplak, təxminən 42 il əvvəl parçadan gəlinciklər düzəltməyi nənəsindən öyrənib. Tikdiyi gəlincikləri turistlərə sataraq çörək pulu qazanıb. Aplak gəlincik sataraq söhbət etdiyi turistlər sayəsində fransız, italyan, ispan, ingilis və alman dillərini də öyrənə bilib. Satış zamanı turistlərin onun öz dillərində danışdığını görəndə təəccübləndiyini bildirən Aplak, "xalam məktəbə gedəndə nənəm ona bez gəlincik hədiyyə edib. Xalamın əlində bu gəlinciyi görən turistlər pulunu ödəyib ondan satın alıblar. Sakinlər görüb ki, turistlər bez gəlinciklərə maraq göstərir, başlayıblar gəlincik düzəltməyə. Bu biznes burada inkişaf edib. Turistlərlə danışmaq, gəlincikləri satmaq üçün xarici dilləri öyrənmişik. ''Haradansan'' deyə soruşuruq, turistlər onların dilini bildiyimizi anlayırlar. Sevinirlər ki, onlara öz dillərində müraciət edirik”, söyləyən Ayşə Aplak, "Turizm mövsümümüz çox yaxşı başlayıb. İnşallah, belə davam edər. Sərgiyə səhər saat 9-da gəlirik. Turistlər gəlib gəlincikləri alırlar. Turistlər getdikdən sonra yoldaşlarla közləmə bişirib satırıq. Sonra da ev işlərimizi görürük. Hər kəsə işləməyi tövsiyə edirəm. Qadınlar həm uşaq dünyaya gətirsinlər, həm də həyat yoldaşlarına kömək etsinlər, pul qazansınlar, həm də uşaqlarına baxsınlar" deyib.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Evlərdən məişət əşyalarını oğurlayan şəxs saxlanıldı
16:31 29.01.2026
Hadisə
ABŞ səfirliyi "Qarabağ"ı təbrik edib
15:52 29.01.2026
Futbol
Müharibənin ayaq səsləri: ABŞ “divinə” qarşı İran “canavarı”
15:45 29.01.2026
Gündəm
Avropa müdafiə xərclərini sürətlə artırır
15:43 29.01.2026
Dünya
100-ə yaxın məktəbli infeksiyaya yoluxub
15:37 29.01.2026
Sağlamlıq
İran gəmisi Xəzərdə qəzaya uğradı
15:33 29.01.2026
Hadisə
Ramzan Kadırov Ukrayna ilə danışıqların əleyhinədir
15:24 29.01.2026
Dünya
Kreml İran və ABŞ-ı güc tətbiqindən imtina etməyə çağırıb
14:21 29.01.2026
Dünya
"Qalatasaray" 35 milyona La Liqadan futbolçu transfer edir
14:07 29.01.2026
Futbol
Azərbaycan Bolonya sistemindən imtina etməyəcək - EKSPERT
14:04 29.01.2026
Elm və Təhsil
Rusiya 1000 hərbçinin meyitini Ukraynaya təhvil verib - YENİLƏNİB
13:58 29.01.2026
Dünya
KİV: Moskva və Kiyev enerji atəşkəsi ilə bağlı razılığa gəlib
13:46 29.01.2026
Dünya
Bilal Ərdoğan Bakıda restoran açır
13:36 29.01.2026
Gündəm
Hakan Fidan ABŞ-nin xüsusi nümayəndəsi ilə görüşdü
13:32 29.01.2026
Dünya
Gəncədə azyaşlı xəstəxanada ölüb - YENİLƏNİB
13:03 29.01.2026
Hadisə