
Üç May türklüyün yenidən dirçəldilməsində əhəmiyyətli rol oynayır -ANALİZ
11:59 02.05.2025
Tarix
920
3 May Türkçülük Günü, türk millətçiliyinin tarixi və ideoloji baxımdan önəmli dönüm nöqtələrindən biridir. Bu günün əsası 1945-ci ildə Azərbaycanın da daxil olduğu türkdilli coğrafiyalarda milli kimlik, dil, mədəniyyət və birliyə yönəlik düşüncələrin təqib və təzyiqlərə baxmayaraq müdafiə edildiyi zamanlarda qoyulub. Həmin il Ankarada baş verən "Türkçülük-Turançılıq məhkəməsi" nəticəsində bir çox ziyalı və fikir adamı – o cümlədən Hüseyin Nihal Atsız və digər türkçülük ideyasının daşıyıcıları – mühakimə olundu. Lakin bu hadisə, Türkçülük düşüncəsinin zəifləməsinə deyil, əksinə daha da güclənməsinə səbəb oldu. 3 May, bu baxımdan təkcə bir tarixi hadisənin ildönümü deyil, həm də türklüyün və milli birliyin rəmzi olaraq qeyd edilir. Hər il bu gün, türk dünyasında ortaq köklərin, mədəni irsin və milli kimliyin qorunması və gələcək nəsillərə ötürülməsi baxımından önəmli bir çağırış kimi dəyərləndirilir.
Siyasi şərhçi Azər Həsrət Sherg.az-a bildirib ki, 3 May Türkçülük günü qardaş Türkiyədə 1945-ci ildə həbsxanada qeyri-rəsmi olaraq qeyd edilməyə başlayıb:

"O vaxt Sovet İttifaqına casusluq edən bir şəxs haqda gerçəklər yazdığı üçün həbs edilən Hüseyin Nihal Atsız onun kimi düşünən, türk dünyasına, türklüyə bağlı insanlar, o cümlədən də Əhməd Zəki Vəlidi Toğan 3 mayı Türkçülük günü kimi qeyd ediblər. Hazırda isə Türkiyədə təntənəli şəkildə keçirilir. Hakimiyyətdə olan AK Partiya türk dünyası ilə əlaqələr üçün ayrıca rəhbərlik qurub. Türk Dövlətləri ilə Əlaqələr qurumunun başçısı Kürşad Zorludur. 1945, 1970, hətta 1980-ci illərdə qadağan edilmiş türkçülük bu gün qardaş Türkiyənin dövlət ideologiyası halına gəlib. Xüsusilə Azərbaycan və digər türk dövlətləri də 1991-ci ildə SSRİ-dən ayrılıb müstəqillik qazandıqdan sonra türklük məfkurəsi getdikcə inkişaf edir. Hazırda Prezident İlham Əliyev türkçülük ideologiyasının önündə gedən liderdir. Təsadüfi deyil ki, məhz onun təşəbbüsü ilə 2009-cu il oktyabrın 3-də Naxçıvanda türk dövlətlərinin rəhbərlərinin iştirakı ilə bugünkü adı TDT (Türk Dövlətləri Təşkilatı) olan qurumun təməlləri atıldı. Ötən dövr ərzində Azərbaycan, Türkiyə, Qazaxıstan, Qırğızıstan, Özbəkistan və müşahidəçi üzv kimi Türküstan, Kuzey Kıbrıs Türk Cümhuriyyəti, Macarıstan bu qurumda birləşərək türk dünyasının ortaq məsələlərini müzakirə edir və qərarlar verirlər".
Şərhçinin fikrincə, 3 May Türkçülük günü türklüyün yenidən dirçəldilməsi, həm dünyaya, həm də türk dövlətləri arasında tanıdılması, ayaqda tutulması üçün əhəmiyyətli rol oynayır:
"Bu gün artıq Türkçülük günü rəsmi bayram kimi elan edilməsə də, geniş şəkildə keçirilir. Həmçinin Türkiyənin Bakıdakı səfirliyi bu ölkənin rəhbərliyinin birbaşa iştirakı ilə mayın 3-də böyük tədbirlər planı gerçəkləşdirəcək. Türkiyə dövlətinin bu prosesin önünə keçməkdə iddialı olması sevindiricidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət