
Pakistan və Hindistan müharibəsi olarsa hər iki tərəf uduzacaq -ANALİTİK
12:12 02.05.2025
Dünya
537
Pakistanın ABŞ-dəki səfiri Rizvan Səid Şeyx Kəşmir məsələsini nüvə təhlükəsi baxımından dünyanın ən böyük gərginlik nöqtəsi kimi qiymətləndirib. o, Pakistanın Hindistanla sülhsevər qonşuluq münasibətləri qurmaq istədiyini bildirib. Diplomat iki ölkənin qlobal təhlükəsizlik üçün böyük əhəmiyyət daşıdığını əsas gətirərək, ABŞ Prezidenti Donald Trampı gərginliyin azaldılmasında vasitəçi rol oynamağa çağırıb.
Şeyx vurğulayıb ki, dünya sülhünü hədəfləyən bir prezident varsa və bu prezident (Tramp) müharibələrə son qoymağı və münaqişələrin həllini öz üzərinə götürmək istəyirsə, Kəşmirdən daha aktual məsələ ola bilməz.
Hərbi-siyasi ekspert Həşim Səhrablı Sherg.az-a bildirib ki, Pakistan səfirinin son çıxışı günlərdir çatdırmaq istədiyimiz yanaşmanın təzahürüdür:

“Yəni nə Hindistan, nə də Pakistan tərəfi indiki məqamda belə dəyişikliklər fonunda biri-birilərinə müharibə elan etmək istəmirlər. Amma heç bir tərəf də öz milli maraqlarından imtina etmək niyyətində də deyil. Pakistan və Hindistan fərqindədir ki, aralarında müharibə baş verərsə, kimin qalib gəlməsindən asılı olmayaraq hər iki tərəf uduzacaq. Məsələn, Pakistan Hindistan üzərində qalib gəlsə də, dünya siyasətində məğlub olacaq. Çünki onun enerji, hərbi-texniki resursları ya tükənəcək, ya da əhəmiyyətli dərəcədə zəifləyəcək. Eyni zamanda Hindistan bütün imkanlarını Pakistan ilə müharibədə sərf etsə, dünya siyasətində yeri olmayacaq. İndi Pakistan səfiri məhz üstüörtülü şəkildə bunu çatdırmağa çalışır ki, onlar Hindistanla yaxşı münasibətlər qurmaq istəyirlər, lakin hər şey milli maraqlar çərçivəsində baş tutmalıdır. Hindistan və Pakistanın dövlət maraqları elə təzadlar üzərində qurulub ki, ortaq məxrəcə gəlmək mümkün deyil. Çünki Hindistan və Pakistanın hər ikisi Kəşmiri öz əraziləri kimi görür. Yəni ortaq yol tutmaq üçün alternativ şans yoxdur. Belə olan halda hər iki tərəf müharibə istəməsələrdə, Kəşmir məsələsində kompramisə gedə bilmirlər. Ona görə də Hindistan və Pakistan üçüncü tərəflərin həqiqi barışdırıcı dəstəyinə ehtiyac duyurlar. Pakistan tərəfi Çinin iki tərəfin barışmasında maraqlı olmayacağını anlayır. Çünki Çinin Hindistan kimi böyük düşməni var. Çin Hindistanı təzyiqdə saxlamaq üçün Pakistan kartından həmişə istifadə edir. Hindistan da İranın iki tərəf arasında birləşdirici rol oynaya bilməz. Çünki həmin ölkələr hər zaman dünyəvi maraqlarını qorumaq üçün Hindistan və Pakistandan istifadə ediblər. Amerika iki tərəf arasında münasibətləri sabitləşdirmək istiqamətində addım ata tərəfə çevrilə bilər. Hindistan Çinə qarşı rəqabətdə Amerikanın ən yaxın müttəfiqi olar. Eyni zamanda Pakistan da İrana qarşı mübarizədə Amerikanın tərəfdaşına çevrilər”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Ceff Bezos “Liverpul”un sahibi oldu
14:09 15.08.2026
Futbol
Ferran Torres PSJ-də
13:57 15.08.2026
Futbol
PSJ Ferran Torresin transferini rəsmən açıqlayıb
13:49 15.08.2026
Futbol
Xaçmazda iki ata övladını bıçaqladı
12:46 15.08.2026
Hadisə
Masallıda 9 kiloqram narkotik vasitə aşkarlandı
12:07 15.08.2026
Hadisə
Qarabağla Rumıniyanın Maramureş regionu əməkdaşlıq edəcək
11:47 15.08.2026
Gündəm
Türkiyədə təyinat və rütbə dəyişiklikləri açıqlanıb
11:11 15.08.2026
Region
İran ABŞ ilə yenidən danışıqlara başlamaq barədə qərar verməyib
10:57 15.08.2026
Dünya
Pekin-Mançester reysi Krasnoyarskda məcburi eniş edib
10:49 15.08.2026
Hadisə
Azərbaycanda itkin düşən 19 nəfər tapıldı
10:38 15.08.2026
Hadisə
İspaniyada Qranada yaxınlığında 5,0 maqnitudalı zəlzələ baş verib
10:36 15.08.2026
Hadisə
“28 May”da vəziyyət necədir? – FOTOLAR
10:34 15.08.2026
İnfrastruktur
İlon Maskın atası Zelenskini Ukraynanın prezidenti hesab etmir
10:32 15.08.2026
Gündəm
Kanada İranın 5 yüksək vəzifəli şəxsinə sanksiya tətbiq edib
10:19 15.08.2026
Dünya
FHN çimərliklərə üz tutan vətəndaşlara müraciət etdi
10:12 15.08.2026
Cəmiyyət