İrəvanın çirkin siyasəti: Yunanıstanın hərbi dəstəyi Ermənistanın təxribatlara hazırlaşdığının göstəricisidir
10:53 05.05.2025
Cənubi Qafqaz
378
Ermənistanın müdafiə naziri Suren Papikyan Yunanıstana səfərə gedib.
Bu barədə adıçəkilən ölkənin Müdafiə Nazirliyi məlumat yayıb.
Onu səfərdə nazirliyin nümayəndə heyəti müşayiət edəcək.
Qeyd edək ki, hər iki ölkə 2023-cü ilin dekabrında hər iki qurum arasında hərbi-texniki əməkdaşlıq sazişi imzalanıb.
Politoloq Sahil Kərimli Sherg.az-a bildirib ki, Ermənistan-Yunanıstan yaxınlığı Cənubi Qafqazda sülhün və təhlükəsizliyin əldə olunmasına növbəti zərbə kimi qiymətləndirilməlidir:
"Çünki Yunanıstan daim Ermənistana yaxınlıq göstərərək, o cümlədən hərbi yardımları ilə bu məsələlərdə öz riyakar və ikiüzlü siyasətini nümayiş etdirir. Ümumiyyətlə İrəvan son dövrlərdə həm ABŞ, həm Avropa İttifaqı (Aİ), xüsusilə də Fransa və Hindistanla əlaqələri genişləndirərək öz hərbi potensialını gücləndirməyə çalışır. Həmçinin Yunanıstanla baş tutacaq növbəti danışıqlar və sövdələşmələr də onu deməyə əsas verir ki, Ermənistan sülh prosesini zədələməyə çalışır. Yəni sözügedən ölkələrin qarşılıqlı hərbi əməkdaşlığın həyata keçirilməsi və Yunanıstanın İrəvana dəstəyi Ermənistanın hərbi təxribatlara hazırlaşdığının göstəricisidir. Məhz Ermənistan Azərbaycana qarşı hücum planı və yeni müharibə niyyətindədir. Çünki İrəvan Bakı ilə sülh müqaviləsini imzalamaqdan boyun qaçırır, o cümlədən qeyri-konstruktiv mövqedən çıxış edir".
Politoloq vurğulayıb ki, Yunanıstan onsuz da Türkiyə və Azərbaycana qarşı qərəzli və düşmənçilik siyasəti yürüdüb:
"Bunun ən bariz nümunələrindən biri də Ermənistana verilən dəstəkdir. Yunanıstan-Ermənistan yaxınlaşması və hərbi sahədə əməkdaşlıqların dərinləşməsi Azərbaycana, ümumilikdə türk dünyasına qarşı yönəlmiş çirkin siyasətin bir hissəsidir".
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Qubada 5 bal gücündə zəlzələ olub
22:04 14.08.2026
Hadisə
Naxçıvana yatırılan GƏLƏCƏK
21:45 14.08.2026
Aktual
Latviya prezidenti təcili geri qayıtdı: ölkədə nə baş verir?
21:14 14.08.2026
Dünya
İsrail Suriya ilə müharibənin qaçılmaz olduğunu elan etdi
20:48 14.08.2026
Aktual
Niderlandda yüzlərlə fermer ekoloji siyasətə etiraz edir
20:37 14.08.2026
Dünya
Azərbaycan Premyer Liqasında yeni mövsümün ilk qolu vurulub
20:23 14.08.2026
Futbol
Zelenski: Rusiyanın planlarını bilirik, əks-tədbirlər hazırlayırıq
19:40 14.08.2026
Dünya
Seysmoloq Ənvər Əliyev: “Zəlzələ öldürmür, kağız binalar öldürür!”
19:35 14.08.2026
Aktual
Ukrayna hücumları: Türkiyə neft alışını kəskin şəkildə azaltdı
18:41 14.08.2026
Dünya
ABŞ-İran arasında sülh yaxın deyil - Darya Qrevtsova
18:41 14.08.2026
Gündəm
Simonyanın geri dönüşü Paşinyanı gücləndirəcək - Qafar Çaxmaqlı
18:14 14.08.2026
Gündəm
İraq ordusu Ərbilə atılan dronları məhv etdi
17:39 14.08.2026
Dünya