
Politoloq: Fransa Fələstini tanımaqla Yaxın Şərqdə mövqeyini bərpa etməyə çalışır
05:48 27.05.2025
Dünya
304
Gələn ay Fransa Fələstini rəsmi şəkildə dövlət kimi tanımağa hazırlaşır.
“Axios” portalının məlumatına görə, iyun ayında keçiriləcək beynəlxalq konfrans bu istiqamətdə diplomatik təşəbbüslərin koordinasiyası üçün mühüm platformaya çevrilə bilər.
Norveç, İspaniya və İrlandiyanın bu addımı atmasından sonra Fransa və Səudiyyə Ərəbistanının da eyni yolu tutması, Fələstin məsələsində qlobal dəstəyin artdığını göstərir. Lakin bu qərarlar eyni zamanda bölgədə gərginliyi də artırır və İsrailin sərt reaksiyası göstərir ki, qarşıdurmaların diplomatik müstəviyə daşınması hələ də mürəkkəb və ziddiyyətli bir prosesdir. Nəticə etibarilə, bu cür tanınmalar sülhə real töhfə verəcəksə, yalnız o zaman beynəlxalq hüququn və humanitar dəyərlərin qələbəsi kimi dəyərləndirilə bilər.
Qeyd edək ki, Fransa Prezidenti Emmanuel Makron bəyan edib ki, Paris belə bir qərar qəbul edə bilər, lakin bu, emosiyalar əsasında deyil, faydalı olacaqsa baş verəcək.
Siyasi Tədqiqatlar Mərkəzinin sektor müdiri, politoloq İlyas Hüseynov Sherg.az-a açıqlamasında bildirib ki, Fransa Fələstini tanımaqla Yaxın Şərqdə geopolitik nüfuzunu bərpa etməyə çalışır:

“HƏMAS-la İsrail arasında baş verən son münaqişə yalnız regional deyil, eyni zamanda qlobal güclərin maraqlarının toqquşduğu bir müstəviyə çevrilib. Bu prosesdə müxtəlif dövlətlər münaqişəyə müdaxilə edir və bu müdaxilələr bəzən sülhə və sabitliyə xidmət etmək əvəzinə, onların geopolitik maraqları naminə həyata keçirilən strateji addımlar kimi çıxış edir. O cümlədən də Fransa yaxın Şərqdə gedən proseslərdən narahat olduğu üçün birtərəfli qaydada addımlar atır”.
Politoloqun sözlərinə görə, Fransanın Fələstini rəsmi dövlət kimi tanımaq istiqamətindəki addımları birmənalı olaraq İsrailə qarşı yönəlmiş bir mövqedir. Fransa bu yolla, bir tərəfdən, ərəblərin çoxluq təşkil etdiyi daxili siyasi mühitini tənzimləmək, digər tərəfdən isə Yaxın Şərqdə itirdiyi mövqeləri bu formada bərpa etmək istəyir.
İsrail və ABŞ-nin hərbi-siyasi müttəfiq olduğunu xatırladan İ.Hüseynovun fikrincə, NATO alyansına üzv olan Fransa dövlətinin ABŞ və İsrailin yeritdiyi siyasəti dəstəkləməsi gözlənildiyi halda, bu qərar “qoca qitə”dəki parçalanmalardan xəbər verir. Fransada Atlantizm siyasətinin bir qədər kölgədə qaldığını vurğulayan siyasi ekspert qeyd edib ki, bu ölkə daha çox Qallizim siyasətinə üstünlük verir.
Fransanın Fələstini tanıması, politoloqun fikrincə, birbaşa olaraq Parisin müstəqil addımıdır. O, hesab edir ki, Fransanın bu qərarı ilə digər ölkələrdə ayrı-ayrı presedentlərin meydana gələcəyi ehtimalı azdır.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya