
Mütəxəssis: İpəkçilik sahəsini yenə də inkişaf etdirmək olar
09:39 27.05.2025
İqtisadiyyat
477
2024-cü ildə Qax Damazlıq İpəkçilik Stansiyasına, barama qurutma məntəqələrinə maliyyə yardımının verilməsinə, barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanmasına və digər kənd təsərrüfatı tədbirləri məqsədilə 500 min manat vəsait ayrılıb.
Teleqraf xəbər verir ki, bu, “Azərbaycan Respublikasının 2024-cü il dövlət büdcəsinin icrası haqqında” qanun layihəsində əksini tapıb.
Eyni zamanda barama toxumlarının dövlət büdcəsinin vəsaiti hesabına barama istehsalçılarına əvəzsiz paylanması məqsədilə 200 min manat, Qarabağ və Dilbaz cins atlarının çoxaldılması, cinslərinin yaxşılaşdırılması məqsədilə 500 min manat, kənd təsərrüfatı və ərzaq məhsullarının satışı yarmarkalarının təşkili tədbirlərinə 100 min manat xərclənib.
Kənd Təsərrüfatı Nazirliyi sistemində informasiya texnologiyalarının və Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminin (EKTİS) tətbiqinin genişləndirilməsi tədbirinə 900 min manat, dövlət proqramlarının icrasının təmin edilməsi tədbirlərinə 300 min manat, ortofotoların hazırlanması və süni intellektin tətbiqinə isə 10 milyon manat olmaqla ümumilikdə 12,5 milyon manat vəsait ayrılıb.
Kənd təsərrüfatının ənənəvi sahələrindən olan baramaçılığın və ipəkçiliyin, çəltikçiliyin, çayçılığın, sitrus meyvəçiliyinin və şərabçılığın inkişafı, kənd təsərrüfatı məhsullarına tələbatın ödənilməsi, emal müəssisələrinin xammal təminatının yaxşılaşdırılması istiqamətində dövlət dəstəyinin gücləndirilməsi ilə əlaqədar qəbul edilmiş dövlət proqramları üçün 2,3 milyon manat vəsait yönəldilib.
Qanun layihəsi parlamentin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin bugünkü iclasında müzakirəyə çıxarılıb.
Məsələ ilə bağlı "Sherg.az"a açıqlama verən kənd təsərrüfatı üzrə mütəxəssis Vahid Məhərrəmov bildirib ki, Azərbaycan ipəkçiliklə bağlı dövlət proqramı qəbul etsə də, nəzərdə tutulan hədəfə nail ola bilməyib:

“Azərbaycan 2025-ci ilə qədər 6 min ton barama istehsalı nəzərdə tutmuşdu. Lakin 239 ton barama istehsal edə bildi. Bu isə o deməkdir ki, nəzərdə tutulan miqdardan 25 dəfə az barama istehsal edilib. Hökumətin bu sahə ilə nəzərdə tutduğu tədbirlər qaydasında olmadığı üçün hədəfə nail ola bilməyib. Ona görə də ipəkçilik sahəsini bu formada inkişaf etdirmək mümkün olmayacaq. Qax Damazlıq İpəkçilik Stansiyası təsərrüfat hesablı fəaliyyət göstərməlidir. Yəni dövlət tərəfindən deyil, daha keyfiyyətli baramaqurdu toxumu istehsal etməli və ipəkqurdu istehsalı ilə məşğul olan şəxslərə təklif etməlidir. Belə olmasa onlar öz üzərlərində işləməyəcək və güvənəcəklər ki, dövlət böyük məbləğdə vəsait ayırır. Son bir neçə ildir dövlət bu sahəyə külli miqdarda vəsait ayırır. Lakin bunun nəticəsini görə bilmirik. Dövlət bu sahəni inkişaf etdirə bilmirsə, deməli kadr potensialı yoxdur. Bir vaxtlar ipəkçilik sahəsini inkişaf etdirmək üçün Azərbaycana İrandan və Çindən baramaqurdları toxumları və tinglər gətirdilər. Həmçinin Çindən mütəxəssislər gətirdilər ki, onlar ipəkçilik sahəsi ilə məşğul olan şəxslərə müəyyən məsləhətlər versinlər. Bir ildə bir qədər artım oldu, ancaq sonra yenə də azalmalar baş verdi. Bu da onunla bağlıdır ki, hökumət və Kənd Təsərrüfatı naziri bu sahədə bacarmır. Bununla bağlı kadrlar və peşəkarlar olmalıdır. Təəssüflər olsun ki, Azərbaycanda həmin kadrları yetişdirə bilmədilər. Ümumiyyətlə bir sıra işlə görülməlidir. İpəkçilik sahəsi bir vaxtlar inkişaf etmişdi və yenə də inkişaf etdirmək olar. Son zamanlar apardığım araşdırmalar onu göstərir ki, barama Orta Asiya və Türkmənistanda sürətlə inkişaf edir. Bu da onu göstərir ki, hər bir məsələ işi təşkil etməkdən asılıdır”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya