Muzdlu qruplar saxlamaq doğru deyil: Fransa Ukraynaya ya açıq şəkildə öz qoşunlarını göndərməli, ya da...
09:57 27.05.2025
Dünya
368
“France Inter”in məlumatına görə, Fransadan olan könüllülərdən ibarət “Beynəlxalq Qisas” adlı taktiki qrup Ukrayna kəşfiyyatının nəzdində fəaliyyət göstərən hərbi poliqonda təlim keçir. Həm hərbçilər, həm də mülki şəxslərdən ibarət bu qrup döyüş bölgəsinə göndərilməzdən öncə Kiyev yaxınlığındakı düşərgədə hazırlıqdan keçir. Qrupun bəzi üzvləri 2022-ci ildən Ukraynada döyüşür. Bildirilib ki, bir neçə aydan sonra bu qrup həm müdafiə, həm də hücum əməliyyatlarına cəlb olunacaq.
Xarici ölkələrdən, xüsusən də Qərb dövlətlərindən könüllülərin və ya muzdluların aktiv münaqişə bölgələrinə axını beynəlxalq münasibətlər sistemində narahatedici tendensiyaların gücləndiyini göstərir. “Beynəlxalq Qisas” kimi qrupların yaranması bir tərəfdən Ukraynaya dəstəyin praktiki ifadəsi sayıla bilər, digər tərəfdən isə bu, dövlətlərarası münasibətləri daha da gərginləşdirə bilər.
Politoloq Zeynal Əmrəliyev Sherg.az-a bildirib ki, Fransanın Ukraynaya yardım göstərməsi bilinən gerçək idi:
“Bundan əvvəl də Fransa Prezidenti Emmanuel Makron Ukraynaya ordu göndərilməsi barədə qərar verib və qeyri-rəsmi məlumata görə Fransa ordusunun müəyyən qrupları Ukraynaya göndərilib. Eyni zamanda, Fransa Rusiyaya qarşı Avropa və NATO ordusunun Ukraynaya göndərilməsiylə bağlı təşəbbüs göstərib. Ukrayna belə muzdlu qüvvələr saxlayaraq müxtəlif bölgələrdə vuruşub. Əlcəzairdə və Afrikadakı Fransız müstəmləkələrinin milli azadlıq hərəkatına qarşı belə xüsusi qruplardan istifadə olunub. Hazırda Ukraynada da həmin muzdlulardan istifadə barədə bəyanatın səsləndirilməsi göstərir ki, hələ də Fransada bu qruplar mövcuddur. Muzdlu silahlı qruplar saxlamaq müasir sivilizasiyada özündə demokratik dəyərləri ehtiva edən ölkəyə yaraşan hərəkət deyil. Fransa belə davranışlarla tənqid etdiyi Şərq ölkələriylə özünü eyni vəziyyətə salır. Fransa Ukraynaya ya açıq şəkildə öz qoşunlarını göndərməli, ya da digər Avropa ölkələri kimi dəstək verməlidir. Əgər sözügedən döyüşçülər Rusiya tərəfində aşkar olunsa, Moskva və Paris arasında münasibətlərin pisləşməsinə gətirib çıxarar. Həmçinin İstanbul danışıqların da mənfi təsir göstərər, Ukraynanın özünü də ziyan verər. Çünki Rusiya həmin məsələni əlində bayraq edərək təkcə Ukrayna ordusuna qarşı deyil, Qərb blokuyla da vuruşduqlarını söyləyəcək”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Kiyevdə partlayışlar baş verdi
21:25 08.08.2026
Dünya
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya