
Azərbaycanın potensialı neft bazarındakı dəyişikliklərə reaksiya vermək gücündədir - Vüqar Bayramov
11:33 27.05.2025
İqtisadiyyat
420
Aİ-nin yeni sanksiyalar paketi Rusiya neftinin qiymətini kəskin şəkildə aşağı sala bilər.
APA xəbər verir ki, bu barədə “Financial Times” mənbələrə istinadən məlumat yayıb.
Bildirilib ki, Avropa Komissiyası aparıcı Avropa ölkələrinin, o cümlədən Fransa, Almaniya və İtaliyanın dəstəyi ilə Rusiya neftinin qiymətinin bir barel üçün tavanını 60 dollardan 45 dollara endirməklə Rusiyaya qarşı sanksiyaları sərtləşdirmək istəyir.
Bu məhdudiyyətlərin Aİ-nin Rusiyaya qarşı 18-ci sanksiyalar paketi çərçivəsində nəzərdən keçirildiyi vurğulanıb.
Qeyd edək ki, mayın 20-də Aİ Şurası Rusiyaya qarşı 17-ci sanksiyalar paketini təsdiqləyib.
Aİ xarici işlər və təhlükəsizlik siyasəti üzrə ali nümayəndəsi, Avropa Komissiyasının vitse-prezidenti Kaya Kallas Rusiyaya qarşı 18-ci sanksiyalar paketinə hazırlıqlara başlanıldığını açıqlayıb.
Millət vəkili Vüqar Bayramov “Sherg.az”a söyləyib ki, qlobal neft bazarında son dövrlər volatillik müşahidə edirik:

“Volatillik neftin dünya bazar qiymətində azalmalarda özünü göstərir. Əslində Avropa İttifaqı tərəfindən müəyyənləşdirilmiş tavan həm də nisbi xarakter daşıyır. Amma bu heç də qlobal bazarda Rusiya Ukrayna müharibəsi başladıqdan sonra neftin kəskin qiymət azalmalarında müşahidə olunmadı. Yalnız 2025-ci ildən başlayaraq biz neftin qiymətində azalmalar müşahidə edirik. Bunun da səbəblərindən biri yalnız tələb təklif deyil, həm də neft bazarındakı siyasi müdaxilələrdir. Amma bütün hallarda neftin dünyadakı bazar qiyməti ilə bağlı fərqli proqnozlar var. Bəzi beynəlxalq təşkilatlar bədbin proqnozlar irəli sürürlər, bəziləri tərəfindən isə qiymətin məhz 60-65 dollar arasında dəyişəcəyi proqnozlaşdırılır. Neft ölkəsi olaraq Azərbaycan üçün iqtisadiyyatın diversifikasiyası ilə bağlı islahatların dərinləşməsi və xüsusən də qeyri neft sektorunun inkişafı ilə bağlı proqram və layihələrinin sayının daha da artırılması prioritetdir. Milli prioritetlərdə də məhz bu istiqamət olaraq müəyyənləşib. Son dövrlər biz iqtisadiyyatın daha çox ağarmasını, şəffaflığın artması və qeyri neft sektorunun ÜDM dəki payının yüksəlməsini müşahidə edirik. Bu da ondan xəbər verir ki, xüsusən də qlobal neft bazarındakı çağırışlara, Azərbaycan iqtisadiyyatı diversifikasiya imkanlarını genişləndirməklə reaksiya verməyə və mövcud iqtisadi artım tempinin qorunub saxlanması və iqtisadi dayanıqlığın qorunmasına çalışır. Son illərin təcrübəsi göstərir ki, Azərbaycanın mövcud potensialı neft bazarındakı dəyişikliklərə reaksiya vermək gücündədir”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol