Laçında Azərbaycan və Pakistan liderlərinin məhdud tərkibdə görüşü keçirilib - YENİLƏNİB -1
Yusif Nəzərli
15:37 27.05.2025
Gündəm
334
Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib.
Sherg.az xəbər verir ki, Qarabağa və Şərqi Zəngəzura səfərindən məmnunluğunu bildirən Məhəmməd Şahbaz Şərif bu səfərin Pakistanın “Qarabağ Azərbaycandır!” mövqeyinin növbəti təsdiqinin ifadəsi olduğunu vurğuladı.
Qonaq Azərbaycanın qarşıdan gələn Müstəqillik Günü münasibətilə dövlətimizin başçısını təbrik etdi. Eyni zamanda, Pakistanın Baş naziri Prezident İlham Əliyevin rəhbərliyi ilə Laçında və ətraf ərazilərdə qısa müddət ərzində həyata keçirilən bərpa və quruculuq işlərinin böyük təəssürat doğurduğunu deyərək, bu münasibətlə də dövlətimizin başçısına və Azərbaycan xalqına səmimi-qəlbdən təbriklərini çatdırdı. Baş nazir bu ərazilərin təbiətinin gözəlliyinə toxunaraq, buranın gələcəkdə möhtəşəm, cəlbedici turizm məkanlarından birinə çevriləcəyini qeyd etdi.
Dövlətimizin başçısı bu ərazilərin 30 il ərzində işğal altında olduğunu xatırladaraq, Laçının 1992-ci ildə Azərbaycanın ilk işğal edilən rayonlarından biri olduğunu dedi. Prezident İlham Əliyev işğal zamanı Laçının ermənilər tərəfindən darmadağın edildiyini, işğal olunmuş digər ərazilərin dinc sakinləri kimi, Laçın sakinlərinin də etnik təmizləməyə məruz qaldıqlarını vurğuladı. Dövlətimizin başçısı indi Laçında bərpa və quruculuq işlərinin aparıldığını diqqətə çatdırdı.
Məhəmməd Şahbaz Şərif Cənubi Asiya regionunda Hindistan ilə Pakistan arasında atəşkəsin əldə edildiyini bildirdi, Pakistanın regionda sülhün və sabitliyin bərqərar olmasında maraqlı olduğunu dedi.
Dövlətimizin başçısı da regionda sülhün və atəşkəsin əldə olunmasından məmnunluğunu bildirərək, bütün məsələlərin dialoq yolu ilə həllinin Azərbaycan tərəfindən dəstəkləndiyini vurğuladı.
Görüşdə Azərbaycanla Pakistan arasında iqtisadi-ticari əlaqələrin genişləndirilməsi, həmçinin elm, təhsil və yüksək texnologiyalar, tələbə mübadiləsi sahələrində əməkdaşlıq məsələlərinə dair geniş fikir mübadiləsi aparıldı.
Söhbət əsnasında məmnunluqla qeyd olundu ki, Azərbaycanla Pakistan arasında bu ikitərəfli görüşdən sonra mayın 28-də Laçında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın iştirakı ilə Azərbaycan-Türkiyə-Pakistan üçtərəfli formatında da görüş keçiriləcək. Bildirildi ki, bu görüş ölkələrimiz arasında qardaşlığın və dostluğun növbəti bariz təzahürü olacaq.
***
Mayın 27-də Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilib.
Sherg.az xəbər verir ki, bu barədə Prezidentin Mətbuat Xidməti məlumat yayıb.
***
Laçında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin Pakistan İslam Respublikasının Baş naziri Məhəmməd Şahbaz Şəriflə məhdud tərkibdə görüşü keçirilir.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Xocavənd rayonunda mina partlayışı baş verib
20:57 08.08.2026
Hadisə
İlham Əliyev Donald Trampa məktub ünavlayıb
20:42 08.08.2026
Gündəm
Dalğa Putinə qarşı çevrilir: Boğulan adamdan ehtiyat edin
20:19 08.08.2026
Gündəm
Pezeşkian: İran dialoqa hazırdır, lakin güzəştə getməyəcək
20:02 08.08.2026
Gündəm
İlham Əliyev G20-yə dəvətə görə ABŞ Prezidentinə təşəkkür edib
19:54 08.08.2026
Gündəm
Prezident İlham Əliyevlə Tramp arasında telefon danışığı olub
19:37 08.08.2026
Gündəm
Onlar regionu tərk etməlidir - Vilayəti
17:48 08.08.2026
Dünya
41 dərəcə isti: Nazirlikdən əhaliyə xəbərdarlıq
17:29 08.08.2026
Ekologiya
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol