
Gənclər “TikTok”da “oturur”
Yusif Nəzərli
14:09 28.05.2025
Elm və Təhsil
468
Distant təhsil qadağası Azərbaycan universitetlərinin rəqabət qabiliyyətinə zərbədir
“Hər il tələbə qəbulu mövsümü yaxınlaşanda hamı hökumətin verəcəyi plan yerlərini gözləyir. Ali məktəblərə qəbul üzrə Nazirlər Kabinetinin müəyyən etdiyi plan yerləri, əslində, ölkənin gələcək əmək bazarının "çertyoj"u sayılır. Əmək bazarının formalaşmasına təsir edən ən ciddi qərarlardan biri məhz budur. Amma bu "çertyoj"da ciddi uyğunsuzluqlar mövcuddur”.
Bu fikirləri Azərbaycan İnternet Forumunun Prezidenti Osman Gündüz sosial media hesabında paylaşaraq bildirib.

Onun sözlərinə görə, tələbə qəbulu planlarının əmək bazarının real ehtiyacları ilə tam uyğunlaşdırılmaması uzunmüddətli perspektivdə ciddi problemlərə yol aça bilər: “Hökumət təkcə dövlət hesabına oxuyacaq tələbələrin sayını deyil, hətta öz pulu ilə oxuyacaq tələbələrin sayını da müəyyən edir. Hər universitet üçün bəlli bir kvota müəyyən olunur. Universitetlər ETN-ə tələbatla bağlı təklif verir, ETN bu təklifləri araşdırıb özü qərar verir və NK-ya göndərir, NK bunu bazarın perspektiv tələbləri baxımından araşdırıb qərar verir və DİM-ə göndərir. DİM isə plan yerlərini elan edir və ona uyğun müsabiqə əsasında qəbul aparır.
Yəni imkanı olan, təhsilə investisiya yatıran, akademik vəziyyəti normal olan, əlavə kampuslar tikən universitet özəl formada, müxtəlif təhsil formaları ilə təhsil almaq istəyənləri özü universitetə qəbul edə bilməz.
Digər ziddiyyət isə təhsilin forması ilə bağlıdır. Bunu da hökumət müəyyən edir. Yəni hökumət verdiyi plan yerlərində hələlik ali təhsil üçün əyani və qiyabi təhsil formasını məqbul hesab edib. Qanunvericilikdə nəzərdə tutulsa da, imkanı olanlar distant təhsil forması üzrə təhsil xidməti verə bilməz, bunu hökumət qadağan edib.
Bizim hökumət ölkədə və xaricdə distant formada oxuyanların diplomunu tanımır.
Burada hansı akademik müstəqillikdən, hansı muxtariyyatlıqdan söhbət gedə bilər. Universitetlər var ki, distant infrastruktur formalaşdırmaq üçün, irəli getmək üçün milyonlarla investisiya qoyublar. Bildiyim qədər UNEC, BDU, AzTU, ADA günü sabahdan distant formada təhsilə hazırdırlar. Distant üçün, hətta lazım olandan artığını edən universitet var. Amma bu universitetlərə distanta qadağa var. Onlar bu xidməti verib kadr hazırlaya, maliyyə resursları formalaşdıra bilməzlər. Absurd vəziyyət həm də onunla bağlıdır ki, hökumət son 3-4 ildə regionlarda keyfiyyətli internet üçün milyonlarla investisiya yatırıb, indi ən ucqarda olanların da, baha olsa da keyfiyyətli və dayanıqlı internetə çıxışı var. Amma bu keyfiyyətli internet üzərindən təhsil xidməti, faydalı xidmətlər almaq əvəzinə məcburdur ki, “TikTok” üzərində “otursun”” .
O. Gündüz qeyd edib ki, regionlarımızda, Rusiyada və qonşu ölkələrdə xeyli sayda gənclər, azərbaycanlı ailələrin övladları var ki, onlar ödəniş etməyə hazırdırlar və bizim universitetlərdə distant formada təhsil almağı arzulayırlar: “Amma bunu hökumət universitetlərə qadağan edib. Düşünürəm ki, əgər bu il də universitetlərə distant üçün plan yerləri ayrılmayacaqsa, onda universitetlərin özlərinin pilot qaydada xarici tələbələrin distant forma üzrə qəbulunu aparması faydalı və doğru olardı. Bəlkə də, belə bir təcrübə və münasibətlər formalaşandan sonra hökumətimiz distantla bağlı mühiti qaydaya salar, universitetləri arxadan zorla tutub saxlamaqdan əl çəkər. Əgər biz doğrudan da, bilikli və rəqabətədavamlı cəmiyyət qurmaq istəyiriksə, ali təhsil sistemində daha çevik, daha şəffaf və bazar yönümlü qərarlar verilməlidir. O cümlədən distant təhsil üçün pilot layihələrə icazə verilməlidir. Əks halda, biz universitetlərimizin rəqabətə davamlılığını təmin edə bilməyəcəyik”.
Oxşar xəbərlər
Xəbər lenti
Hamısına bax
Paşinyan Əliyevə zəng etməsindən danışdı
16:52 08.08.2026
Gündəm
ABŞ Azərbaycanın sülh gündəliyinə güclü dəstək verdi – ŞƏRH
16:23 08.08.2026
Gündəm
“Barselona” Arauxonu “Liverpul”a göndərir
15:45 08.08.2026
Futbol
Türkiyə Qara dənizdə gəmilərin keçidini məhdudlaşdırır
15:37 08.08.2026
Dünya
Lionel Messinin atası vəfat edib
15:11 08.08.2026
Futbol
Almaniyanın mühüm hərbi bazası üzərində naməlum dronlar uçub
14:34 08.08.2026
Dünya
Lukaku karyerasını Türkiyədə davam etdirə bilər
14:03 08.08.2026
Futbol
Xameneini devirməyə çağıran din adamına cinayət işi açıldı - FOTO
12:59 08.08.2026
Gündəm
Nikol Paşinyan Prezident İlham Əliyevə zəng edib
12:38 08.08.2026
Gündəm
Sabah 40 dərəcə isti olacaq
12:19 08.08.2026
Ekologiya
Zelenski: Putindən başqa hamı bunu istəyir
12:11 08.08.2026
Gündəm
Dənizdə batan 16 yaşlı yeniyetmənin meyiti tapılıb
11:57 08.08.2026
Hadisə
Ukrayna Qara dənizdə bəzi tankerlərə hücum etməməyə razılaşıb
11:42 08.08.2026
Dünya
Polis 65 kiloqramdan çox narkotik vasitəni müsadirə etdi
11:27 08.08.2026
Hadisə
Qripdən qorunmaq üçün ən effektli üsul - Həkim tövsiyəsi
11:22 08.08.2026
Sağlamlıq